2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Amerika ailələrinin borcu 13 trilyon dollara çatıb

Amerikalıların borc öhdəlikləri bu il, 2008-ci ildə baş verən tənəzzülü də ötərək rekord dərəcədə yüksək səviyyəyə çatıb. Bu, ilk dəfədir ki, ailələr daha az ipoteka kreditləri və daha çox maşın və tələbə kreditləri alır.

Çərşənbə günü Nyu Yorku Federal Ehtiyyatlar Bürsonun (Fed) açıqladığı sorğu nəticələrinə əsasən, 2017-ci ilin ilk rübünün sonunda Amerika ailələrinin toplam borcu 12,73 trilyon dollar təşkil edirdi. Bu, ötən illə müqayisədə 473 milyon dollar çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumi borc 2007-2009-cu illərdə baş verən maliyyə böhranı və Böyük Tənəzzüllün səbəb olduğu leverec səviyyəsinin azaldılmasından yüksəkdir. Bundan öncəki ən yüksək borc səviyyəsi 2008-ci ilin üçüncü rübündə 12,68 trilyon dollar təşkil edirdi. Nyu-York Federal Ehtiyyatlar Bürosu bildirir ki, o zamandan bəri məişət borcları son 63 ildə ilk dəfə olaraq azalmağa başlamışdı.

Məişət borcu və kreditlərlə bağlı aparılan rüblük sorğu nəticələri ödənməmiş borcların 4,8 faiz olduğunu göstərir. Bu borcların çoxu daha etibarlı borc alan insanlara aid olsa da, Nyu York Fed-inin iqtisadçıları mart ayının sonunda çox gecikən 11 faiz tələbə borcları ilə bağlı narahatlıqlarını ifadə edib.

“Borc dərəcəsinin rekord dərəcədə yüksək olması nə müsbət haldır nə də təşviş yaratmalıdır”, deyə büronun tədqiqatçısı Donqhun Li hesabatda bildirib. “Ödənilməyən maşın krediti və kredit kart borcları dərəcəsi artmağa başlayıb, tələbə borcları üçün isə bu rəqəm hələ də çox yüksəkdir”.

Sorğu nəticələri bankların ev və maşın kreditləri üçün şərtləri sərtləşdirdiyini göstərir. Bu isə onların daha ehtiyyatlı olmalarına işarədir.

8,63 trilyon dollar dəyərində ipoteka borcları ötən illə müqayisədə 258 milyard dollar artsa da, böhran zamanı ilə müqayisədə ümumi borcların daha kiçik hissəsini təşkil edir.

Borcların artmasına ən böyük səbəblərdən biri tələbə borcları olub. Onlar bir il ərzində 2017-cilin ilk rübünün sonuna qədər 1,34 trilyon dollardək artıb. Bundan əlavə ən çox artan maşın kreditləri olub ki, onlar da 96 milyarddan 1,17 trilyon dollaradək artıb.

Alınan borclarda dəyişiklik tənəzzüldən sonra baş verən yavaş və qeyri-müntəzəm iqtisadi artımdan sonraya təsadüf edir.Tənəzzüldən sonrakı artım ötən on illə müqayisədə daha az olub və yalnız 2 faiz təşkil edib.

Azalan işsizlik və sabit inflasiya dərəcələrinə cavab olaraq Fed faiz dərəcələrini dekabrdan bəri iki dəfə artırıb və hələ daha çox artırmağı planlaşdırır.

Sorğu nəticələri ödənməmiş ipoteka və kredit kart borclarının azaldığını göstərsə də, 2004-cü ildən 2014-ilədək ödənməmiş tələbə kreditləi artmağa davam edib və o vaxtdan bəri çox yüksək dərəcədə qalıb,” deyə Nyu York Fedinin iqtisadçıları bloqda yazıb.

Ötən ay Nyu York Federal Ehtiyyatları Bürosunun Ulliam Dadli artan tələbə borcunun daha az insanın ev almasına və istehlakçı xərcləriin azalmasına gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edirdi. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button