2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Amerika polisi “İŞİD”-i maliyyələşdirib – FOTOLAR

Bədəninə Hitler xaçı döydürmüş bu amerikalı Qəddafinin devrilməsində də iştirak edib

24saat.org xəbər verir ki, ABŞ polisinin əməkdaşı Nikolas Yanqa qarşı “İŞİD” terror qruplaşmasının maliyyələşdirməsi ilə bağlı rəsmi ittiham irəli sürülüb. Vaşinqton  nəqliyyat polisinin 36 yaşlı işçisi  Amerika hüquq-mühafizə orqanlarının terrorçulqla bağlı maddələrlə günahlandırılan  ilk əməkdaşıdır.
İstintaq materiallarına əsasən Yanq 250 dollarlıq hədiyyə sertifikatları əldə edib. Polis həmin hədiyyələri sonradan “İŞİD” yaraqlılarına ötürməli imiş ki, öz aralarında asan rabitə qurmaq üçün mobil əlavələr alsınlar. Sən demə, Yanqın sertifikatları  ötürdüyü şəxs özünü terrorçu qrupların tərəfdarı kimi tanıdan FTB agenti imiş. Beləliklə, “işid”çi polis özünü ələ verib.
“The Dail Mail” nəşrinin yazdığına görə, “İŞİD”-in paqonlu tərəfdarı çox “qeyri-standart” bir radikaldır. Belə ki, Yanq irqçi ideologiya tərəfdarıdır və bədənində faşist qartalı və svastika(Hitler xaçı) döyməsi var. Onun maraqları çoxşaxəlidir. 2010-cu ildə Yanq Afrikadakı “Əş-şabab” radikal qruplaşmasının maliyyələşdiriməsində də şübhəli bilinib. Və ən maraqlısı, Amerika polisi FTB agentinə Liviyaya gedərək Müəmmar Qəddafinin devrilməsi uğrunda savaşdığını da söyləyib. Nikolas Yanqın illərlə bütün bu  fəaliyyətləri ilə paralel ABŞ paytaxtında polisdə çalışması istintaq üçün də çox ziddiyyəti məqamdır. İndi “döyüşkən” polisi ciddi həbs müddəti gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button