Bizim tərcümə

Amerika Polşada atom elektrik stansiyası tikəcək

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-30 08:00:15

Morawiecki, Twitter hesabında etdiyi paylaşımda ABŞ və Polşanın tərəfdaşlığının uğur gətirəcəyini qeyd edib. ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşünə toxunan Morawiecki nüvə enerjisi üçün Westinghouse ilə razılığa gəldiklərini bildirib. Qranholm Polşanın 40 milyard dollarlıq nüvə layihəsinin birinci hissəsi üçün Varşava ilə razılaşma əldə edildiyini də bildirib. Sözügedən layihənin 100 mindən çox amerikalıya iş imkanı yaradacağını qeyd edən Qranholm bu layihənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Layihənin Rusiyaya bir mesaj olduğuna diqqət çəkən Qranholm, “Onların (Rusiyaya) daha artıq enerjidən silah olaraq istifadə etmələrinə icazə verməyəcəyik” dedi. Polşanın şimalında atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq və ilk reaktorun 2033-cü ildə işə salınması gözlənilir. Varşava administrasiyası Fransa və Cənubi Koreyadan gələn təklifləri də dəyərləndirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button