2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Amerikada lobbilər dövrü sona çatır?

8 noyabr prezident seçkisi ABŞ siyasəti haqqında bilinən bir çox qəlibləri sındırdı. Bu günə qədər ABŞ prezidenti olmaq üçün əsas medianın dəstəyinin vacibliyinə inanılırdı.

Namizədlər seçkilərdə qalib gəlmək üçün ən çox büdcəyə sahib olmağa çalışırdılar. Bu qədər böyük məbləği yığmaq üçün də bir ovuc mənfəət qrupu və sərmayədarın dəstəyi lazım idi. Maliyyəçilər tərəfindən dəstəklənməyən heç bir namizəd prezident ola bilməzdi. Partiya iyerarxiyasının, ideoloqlarının, Hollivud və idman dünyasının məşhurlarının dəstəyini almayan namizədlər məğlub olmağa məhkum hesab edilirdi. Seçki proqnozlarının qalib tərəfi müəyyən etdiyi zənn edilirdi. Sadaladığımız bu qruplar ABŞ seçkiləri üçün mütləq idi. Bir araya gəldikdə bir çoxları tərəfindən “establishment” adlandırılan ABŞ-dakı “qurulmuş nizamı” təşkil edirdilər. Belə ki, bu “qurulmuş nizam” tərəfindən qəbul edilməyən, dəstəklənməyən, maliyyələşdirilməyən namizədin prezident seçilməsi qeyri-mümkün hesab edilirdi. 150 milyon seçiciyə isə bu sistemdə tamaşaçı rolunu oynamaq düşürdü.

Saytların yığılması Saytlarin yigilmasi

Donald Tramp və Hillari Klinton arasındakı seçki yarışı bütün bu aksiomları dağıtdı. 2016-cı il seçkilərində mərkəzi media, lobbilər və məşhurların çoxu Klintonu dəstəklədi. Klintonun seçki kampaniyası təqribən 1 milyard dollar xərclədiyi halda, Trampın xərcləri bu məbləğin yarısı qədər idi. Klinton gəlirlərinin 85%-ni böyük ianəçilərdən aldığı halda, Tramp kampaniyasının gəlirlərinin 70%-i 200 dollardan az olan ianələrdən ibarət idi. İctimai təhlillər seçkidən həftələrlə öncə Klintonu prezident elan etdi. Respublikaçı partiyasının ideoloqları və keçmiş rəhbərlərinin bir çoxu da Demokratlar partiyasından olmasına baxmayaraq, Klintonu dəstəklədilər. “Establishment”in bütün kadrları Klintonun tərəfində idi. Bütün bunlara baxmayaraq, Tramp qalib gəldi. Bir çoxları bu vəziyyəti Amerika xalqının mövcud rejimə qarşı qələbəsi kimi şərh edirlər.

Trampa səs verən milyonlarla amerikalı özlərini səssiz çoxluq adlandırırlar. Seçilmiş prezident də kampaniya boyu səssiz çoxluğun səsi olacağını vəd etmişdi. Vaşinqtondakı “qurulmuş nizam” çoxluğun səsini boğurdu. Ən çox pul verən ən yüksək səsə sahib olurdu. Amerikanın qərar mexanizmi lisenziyalı lobbiçilər, ictimaiyyətlə əlaqələr mütəxəssisləri, reklam agentlikləri və vəkillərdən ibarət olan dərin quruluş tərəfindən əhatə edilmişdi. Bu lobbi çarxının böyük hissəsinin vəzifəsi mənfəət qruplarının hədəflərini Amerika xalqının ehtiyaclarının önünə keçirmək idi.

Trampın seçilməsi ilə birlikdə təzyiq qrupları daha güclü şəkildə fəaliyyətə başladılar. Mediada Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) başçısı, Milli Təhlükəsizlik müşaviri, Ədliyyə, Müdafiə və Xarici İşlər naziri kimi həlledici vəzifələr üçün namizəd siyahıları yayımlanmağa başladı. Amerika siyasətində ilk dəfə Trampın keçid rəhbərliyi lobbilərlə arasına məsafə qoydu. Müşavirələri yaxın ətrafla məhdudlaşdırdı. Lobbiçilərin iştirakını qadağan etdi. Rəhbərlikdə aşağı və orta səviyyələrdə vəzifə sahibi olanlara 5 il müddətində lobbilərdə işləmə qadağası qoydu. Mayk Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri, Betsi DeVosun Təhsil naziri, Nikki Haleyin Birləşmiş Millətlərin daimi nümayəndəsi, Ben Karsonun şəhərləşmə naziri, Cef Sessionsun Ədliyyə naziri təyin olunması da Trampın qurulmuş sistemin təzyiqlərinə boyun əyməyəcəyini və öz siyasətini tətbiq edəcəyini göstərir.

Donald Tramp andiçmə mərasimindən sonra Ərəb – İsrail problemi, Suriya, Yəmən və İraq vətəndaş müharibələri, Rusiya və Ukrayna böhranları, NATO-nun yeni hərbi planlaşdırması kimi bir çox ciddi mövzular barəsində qərar verməli olacaq. Yeni prezidentin siyasəti Amerika xalqı qədər dünyanın hər yerindən milyardlarla insanın həyatına da təsir edəcək. Tramp rəhbərliyi dindarlıq, təvazökarlıq, xoş münasibət və sevgini özündə birləşdirən əsl Amerika dəyərləri üzərində qurulmuş siyasətlər irəli sürmək məcburiyyətindədir. Dünyanın ən mühüm güc mərkəzlərindən birinin başında olmağın bu cür tarixi məsuliyyəti var. Rusiya və Türkiyə də bu məsuliyyəti yerinə yetirməkdə yeni Amerika rəhbərliyinin dəstəkçisi olduqda dünya yenidən sülhə və əmin-amanlığa qovuşa bilər.

Dünyanın dörd bir tərəfində Amerika xalqı ilə eyni dəyərləri bölüşən yüz milyonlarla pravoslav, müsəlman, musəvi var. Bəzi dairələrin yaratmaq istədiyi imicin əksinə, Amerika xalqı kimi, müsəlman dünyası da dindardır. Ailəyə və mənəviyyata dəyər verir, ədalətə inanır. Qonşularını sevir. Sədaqətdən, vəfa və fədakarlıqdan zövq alır. Təkəbbürdən, hərislikdən, eqoizmdən çəkinir. Ehtiyacı olana kömək edir, yaxşılığı yaymaq istəyir. Bu əxlaqi dəyərlər Allaha iman gətirənlər olaraq hamımızı ortaq məxrəcə gətirir.

Tramp rəhbərliyinə yaraşan qarşıdakı 4 il ərzində Amerika xalqı ilə dünya millətləri arasında fərq qoymamaqdır. Güclünü haqlı görən bəzi lobbilər, düşüncə quruluşları, qeyri-hökumət təşkilatları dünyaya yalnız zülm gətirdi. Artıq haqlının güclü olduğu bir dünyaya ehtiyac var.

ABŞ xalqının yaşadığı çətinliklərin bənzəri bütün dünyada, xüsusilə də, Yaxın Şərq və müsəlman dünyasında baş verir. Bu coğrafiyada da xalqlar qurulmuş sistemin təzyiqi altındadır. Beynəlxalq bank sistemi əməklərinin qarşılığını almasına mane olur. İnsanlar böhranların, möhtəkirliklərin arasında həyatda qalmağa çalışırlar. Bütün bunlardan əlavə, uşaqları, həyat yoldaşları, yaşlıları öldürülür. Şəhərləri dağıdılır. Hər gün başlarına bomba yağdırılır.

Biz radikalizmin necə məğlub ediləcəyini bilirik. Vətəndaş müharibələrinin necə sona çatdırılacağını bilirik. Tramp hakimiyyətinə yaraşan yalnız doğru səsi dinləməkdir. Dünyanın yeni müharibə və münaqişələrin öhtəsindən gəlməyə gücü yoxdur. Dünya 200 ildir ki, ən pis müharibələri yaşayır. Artıq sülh zamanı gəlməlidir.

Adnan Oktar

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button