2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Amerikalı aktrisa ərinə 15 milyon dollar təzminat ödəyəcək

Ember Herd keçmiş ərini zorakılıqda ittiham etsə də, məhkəmədə bunu sübut edə bilməyib

Dünya ictimaiyyətinin diqqətini çəkən amerikalı aktrisa Ember Herd və keçmiş əri, aktyor Conni Depp arasındakı diffamasiya iddiası (şərəf və ləyaqəti alçaldaraq təhqir etmək, uydurma xəbərləri kütləvi formada yaymaq) başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həftələrdir davam edən məhkəmə Conni Depin xeyrinə yekunlaşıb.

Televiziya vasitəsilə yayımlanan səs-küylü məhkəmə prosesi zamanı Ember Herd keçmiş əri Conni Deppi zorakılıq hallarında günahlandırsa da, bununla bağlı heç bir dəlil təqdim etməyib.

Deppin vəkilləri isə əksinə, Herdin ərinə qarşı fiziki zorakılıq göstərdiyinin sübutu olan səs yazılarını məhkəmədə səsləndiriblər.

Virciniya ştatının yeddi nəfərdən ibarət məhkəmə heyəti 12 saatlıq müzakirələrdən sonra Herdin Deppə qarşı böhtan atdığı qənaətinə gəliblər.

Məhkəmə qərarına əsasən, Herd Deppə 15 milyon dollar təzminat ödəyəcək.

“Altı il əvvəl mənim, övladlarımın, yaxınlarımın həyatı həmişəlik dəyişdi. Mətbuatda mənə qarşı saxta, çox ağır, cinayət ittihamları irəli sürüldü. Bu da insanlarda mənə qarşı nifrətə səbəb oldu. Altı ildən sonra məhkəmə heyəti sayəsində yenidən həyata qayıtdım”, – Depp söyləyib.

Məhkəmə qərarından narazı qalan Herd bunu nəinki özünə, zorakılığa məruz qalmış bütün qadınlara qarşı haqsızlıq kimi qəbul etdiyini deyib.

Aktyor Conni Depp və aktrisa Ember Herd 2015-ci ildə evləniblər, bir il sonra boşanıblar.

Boşanma zamanı Herd ərini məişət zorakılığında ittiham edib.

Aktyor ittihamları rədd edib, lakin qalmaqal onun karyerasına ciddi xələl yetirib.

2019-cu ildə Ember Herd, Conni Deppi “The Washington Post” qəzetindəki yazıda “məişət zorakılığını təmsil edən ictimai xadim” kimi xarakterizə edib.

Həmin materialdan sonra Depp Herdi məhkəməyə verərək, 50 milyon dollar təzminat tələb edib.

2020-ci ildə isə Herd əks hərəkətə keçərək Deppə qarşı 100 milyon dollarlıq təzminat iddiası qaldırıb.

Depp və Herd arasında məhkəmə çəkişməsi 2022-ci ilin aprelində başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button