2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Amerikalı aktrisa Ukraynada

Yayımlandı: 8 Avqust 2022 12:15

Zelenski: “Bizim üçün məşhur insanların səfərləri çox dəyərlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan amerikalı aktrisa Cessika Çesteynlə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda məlumatı Ukrayna lideri rəsmi “İnstagram” səhifəsində paylaşıb.

“Bizim üçün məşhur insanların səfərləri çox dəyərlidir. Bunun sayəsində dünya ölkəmizdə baş verənlərlə bağlı həqiqəti daha yaxşı eşidəcək, biləcək və anlayacaq”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti aktrisa ilə çəkdirdiyi bir neçə fotonu da yayımlayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ardından əksər dünya şöhrətli sənətçilər Ukraynaya dəstək nümayiş etdiriblər.

Onların arasında Şon Penn, Pyer Reşar, Arnold Şvartsnegger, Şer, Jerar Depardye, Selin Dion, Robert De Niro və başqaları var.

Müharibənin ilk günlərində amerikalı aktyor, kinorejissor və ssenarist Şon Penn Ukraynaya gedib.

O, hazırda gedən hərbi münaqişə ilə bağlı sənədli film çəkir.

Aprelin 30-da isə aktrisa Ancelina Coli BMT-dən olan həmkarları ilə Lvov şəhərinə səfər edib.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button