2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Amerikalı aktyor italyan rəssam haqqında film çəkəcək

Yayımlandı: 16 Avqust 2022 12:08

Ekran işi Modilyaninin Parisdəki 48 saatlıq həyatından bəhs edəcək

Amerikalı aktyor, kinorejissor Conni Depp yəhudi kökənli italyan heykəltəraş və rəssam Amedeo Modilyani haqqında bədii film çəkəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Filmin prodüseri italyan əsilli Amerika aktyoru, rejissoru, ssenaristi Al Paçino olacaq.

Ekran işi Modilyaninin Parisdəki 48 saatlıq həyatından bəhs edəcək.

Çəkilişlər 2023-cü ilin yayında Avropada başlayacaq.

“Modilyaninin həyat hekayəsini ekranlara gətirmək mənim üçün böyük şərəfdir. Onun çox ağır həyat yolu olub, lakin sonda zəfər qazanıb. Bu, bütün tamaşaçıların eyniləşdirə biləcəyi universal hekayədir”, – Depp bildirib.

Yeni layihə Deppin sayca ikinci rejissor işi olacaq.

O, 1997-ci ildə “Cəsur” (“The Brave”) filmini ərsəyə gətirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button