2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Amerikalı alim: 'Qaranlıq materiya kosmik gəmilər üçün yanacaq rolunda çıxış edə bilər'

    Amerikalı alimin sözlərinə əsasən əgər insan sivilizasiyası qaranlıq materiya ilə qarşılıqlı əlaqədə olmaq imkanına sahib olsaydı, bu, bizim sivilizasiyanı tamamilə dəyişərdi. Nyu Yorkda yerləşən Yeşiva Universitetinin alimi Ed Belbruno-nun fikrincə qaranlıq materiya ulduzlararası səyahətlərdə istifadə ediləcək kosmik gəmilər üçün yanacaq rolunda çıxış edə bilər. İnsan sivilizasiyası isə bu halda limitsiz enerji ehtiyatı əldə edə bilər. Qaranlıq materiyanın təbiəti hələ də sirr olaraq qalır.

Saytların yığılması Saytlarin yigilmasi

    “Biz, qaranlıq materiyanın əslində nə olduğunu bilməyənə kimi heç kim ondan nə cür istifadə etmək lazım olduğunu anlamayacaq. Mən güman edirəm ki, qaranlıq materiya digər qalaktikaların müşahidəsi zamanı işığı qırılmağa məcbur edirsə, bu, çox güclü materiyadır və onu çox güman ki, yeni enerji mənbəyi kimi istifadə etmək olar” – deyə alim qeyd edib. Alim onu da qeyd edib ki, qaranlıq materiyanın təbiətinin aydın olması üçün çox zaman lazım ola bilər.

    “İnsan sivilizasiyasının qaranlıq materiya ilə qarşılıqlı əlaqədə olma imkanına sahib olması üçün yüzlərlə və hətta minlərlə il lazım ola bilər. Lakin bu, inanılmaz enerji mənbəyi ola bilər. Onun vasitəsilə bizim kosmik gəmilərimiz ulduzlararası məsafəni tez bir zamanda qətt edə bilərlər” – deyə alim əlavə edib. Alimin fikrincə qaranlıq materiyanın tərkibini elə bir maddə təşkil edir ki, o, kainatın müşahidəsi sahəsində inqilabi həllərə yol açacaq. Bundan əlavə olaraq alim bildirib ki, NASA qaranlıq materiyanın axtarışı ilə məşğul ola biləcək xüsusi kosmik aparatların yaradılması ilə də məşğul olur. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button