2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Amerikalı həmsədr Qarabağ problemini birdəfəlik həll etməyə çağırıb

Hikmət Hacızadə: “ Amma Rusiya buna imkan vermir”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın Səsi”nə müsahibə verib. Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtı olduğunu deyib (APA).

Saytların yığılması Saytlarin yigilmasi

Amerikalı həmsədr problemin birdəfəlik həll edilməsinin vaxtı olduğunu söyləyib. O, aprelin 28-də Moskvada keçirilən görüşü də müsbət qiymətləndirib: “Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, – deyə o söyləyib.
Politoloq Hikmət Hacızadə isə amerikalı həmsədrin məlum açıqlamasından konkret nəticə gözləməyi mənasız hesab edir. Azadlıq.info-ya açıqlama verən politoloqun fikrincə, həmsədrlər münaqişənin həllinə dair yeni heç nə edə bilmirlər:
“Amerika da bu məzmunda heç nə edə bilmir. Çünki hər şey Rusiyanın əlindədir. Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 20 ildir ki, danışıqlar aparır, eyni fikirləri səsləndirirlər. Əməli nəticə isə yoxdur. Rusiya buna imkan vermir. Ona görə Hoqlandın son açıqlaması da müsbət nəticəyə ümid etməyə əsas vermir”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button