2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Amerikalı konqresmen “Qara yanvar” qurbanlarının xatirəsini yad edir

Amerikalı konqresmen Pol Qosar “Qara yanvar”ın 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

1990-cı ilin yanvarında SSRİ rəhbərliyi xalqın azadlıq istəyini yatırmaq üçün Azərbaycana qoşun yeritdi.

Azərbaycan xalqı sovet hökmranlığından azad olmaq uğrunda mübarizədə qətiyyət göstərdi. Azərbaycan xalqının etirazını dinc formada bildirməsinə baxmayaraq, sovet rəhbərliyi buna hərbi işğalla cavab verdi.

Cəza əməliyyatı nəticəsində 147 mülki şəxs öldürüldü, yüzlərlə insan yaralandı və həbs edildi.

Faciəli hadisələrə baxmayaraq, Azərbaycan xalqı sınmadı və onun mübarizəsi 1991-ci ilin payızında Azərbaycanın müstəqillik əldə etməsi ilə nəticələndi.

Müstəqillik elan edildikdən sonra Azərbaycan regionda azadlıq mayakına çevrildi və ABŞ-ın bölgədəki dostu və müttəfiqi oldu, konqresmen qeyd edib.

Bəyanatda Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiram göstərilir, Konqresin digər üzvləri “Qara yanvar” qurbanlarının xatirəsini yad etməyə çağırılır və Azərbaycanla müttəfiqlik münasibətləri qeyd olunur.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button