2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Amerikalılar Əliyevlə Sarkisyanın görüşünü hazırlayırlar

“Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə şad olarıq, lakin şübhəsiz ki, qərarı prezidentlər qəbul etməlidirlər. Əminik ki, ən yüksək səviyyədə dialoqun aparılması münaqişənin tənzimlənməsi işində irəliləyişin əldə olunması üçün zəruri şərtdir”, – erməni jurnalistlərinə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Əlavə olaraq, C.Uorlik hazırkı atəşkəs rejiminin təmin edilməsinin vacibliyini vurğulayıb və bunu keçirilən danışıqların zəruri əsası adlandırıb.

Amerikalı diplomat həmçinin Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə “RİA Novosti”yə verdiyi müsahibəsinə də toxunub. Müsahibənin gedişində dövlət başçısı güzəşt olaraq Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsinin mümkünlüyünü qeyd etmişdi. “Məhz münaqişə tərəfləri tənzimlənmənin elementləri ilə bağlı razılığa gəlməlidirlər. Bu elementlər uzun illərdir ki, müzakirə olunur və artıq vaxt yetişib ki, prezidentlər uzunmüddətli sülhün əldə olunması üçün siyasi iradə nümayiş etdirsinlər”, – Uorlik deyib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button