2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Amerikanın hərbi bazaları Çini “üzük qaşı” kimi əhatəyə alıb

Çin ordusu “DF-16” tipli ballistik raketləri sınaqdan keçirib.

 

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkə.Az” xəbər verir ki, bu raketlər ABŞ və Yaponiyanın Asiyadakı hərbi bazalarına təhlükə yarada bilər.

Siyasətçilərin fikrincə bu məsələdə Çinə qarşı heç bir dövlət irad tuta bilməz.

Tanınmış politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, BMT nizamnaməsinə görə bütün dövlətlər bərabər hüquqa malikdir. Onun sözlərinə görə. heç kəsə hansı sahədə özünü qorumaq qadağan edilməyib.

“Çin özünü qorumaq üçün lazımı addımlar atır. Çin həmişə qərbin və şərqin imperiya dövlətlərinin hədəfində olub. Vaxtı ilə İngiltərə, Fransa, Yaponiya Çini istismar edib, işğal edib. Həmişə o dövləti əziblər. İndi Çin özünü müdafiə üçün addımlar atır. Heç bir dövlətin buna qarışmağa ixtiyarı yoxdur. Çin heç bir yerdə öz bazasını qurmur. Dünyada 800-dən yuxarı ABŞ bazası var. Çin buna etiraz edib demir ki, bu bazalar təhlükədir. Amerikanın hərbi bazaları Çini “üzük qaşı” kimi əhatəyə alıb. Amerikanın və Yaponiyanın öz maraqlarını ifadə etməsi yanlız şərti addımdır. Çin nə Amerikanı, nə də Yaponiyanı nəzərə alan almayacaq. Çin onlara hücum da edən deyil. Sadəcə indi ona qarşı danışırlar”, – deyə siyasətçi bildirib.

Z.Əlizadənin sözlərinə görə, Amerika və Yaponiya Çinə heç bir hərbi müdaxilə edə bilməzlər:

“Çinə heç barmaqlarını toxundura bilməzlər. Çinə qarşı müdaxilə olarsa, Yaponiya və Amerikaya elə bir ziyan vurar ki, həmin dövlətlər uzun müddət böyük problemlər yaşayarlar. Özünü müdafiə edə bilən dövlətlər beynəlxalq səviyyədə hüquqlarını müdafiə edə bilirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button