2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəmManşet

Amnesty International Avroliqa finalına görə UEFA-nı tənqid etdi

[vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row]

Amnesty International insan haqları təşkilatı UEFA-nı, Azərbaycana insan haqlarının “qorxulu” durumunu idmanla ört-basdır etməyə icazə verməməyə çağırır.

Mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının yekun matçı keçiriləcək, İngiltərənin Arsenal və Çelsi qrupları üz-üzə gələcək. “The Guardian” yazır ki, bu yarışmanın Bakıya salınmasını insan haqları qrupları kəskin tənqid edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanın futbol bayramı təşkil edərək insan haqlarının dəhşətli vəziyyətini idmanla ört-basdır etməsinə ​imkan verməməliyik. Azərbaycan insan haqlarına qəddarcasına təzyiqi davam etdirir, jurnalistlər, bloqqerlər, insan haqları fəalları hədəfə alınır. Ədalətsiz məhkəmələr, qarayaxma kampaniyaları adi şeyə çevrilib”, – Amnesty International-ın Britaniya üzrə direktoru Kate Allen deyib.

“LGBTI icmasının üzvləri həbs olunur, hətta ölkədən qaçanlar belə təqib olunur, qayıtmaları üçün onlara təzyiq göstərilir. Azarkeşlər, oyunçular, köməkçi heyət bu ölkədə insan haqlarıyla bağlı məlumatlanmaqla Azərbaycanın öz imicini idmanla yaxşılaşdırması cəhdini önləyə bilərlər”, – deyən qurum rəsmisi adətən, hökumətlərin yüksək səviyyəli idman yarışmaları vasitəsilə diqqəti özünün repressiv siyasəti və insan haqları pozuntularından yayındırmağa çalışdığını vurğulayıb.

Azərbaycanın insan haqları müdafiəçiləri ölkədə 100-dək siyasi məhbusun olduğunu deyirlər. Hakimiyyət təmsilçiləri isə bununla razılaşmır, heç kəsin siyasi baxışlarına görə həbs olunmadığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button