2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Amnesty International” Mehman Qələndərovun ölümü ilə bağlı hökumətə qərəzsiz istintaq çağırışı etdi

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı həbsxanada baş verən ölüm halları ilə bağlı Azərbaycan hökumətini çevik, müstəqil və effektiv istintaq aparmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci ilin mayın 4-ü Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan hökuməti Mahir Mustafayevin yaşamaq hüququnu pozub. Hökumət nə onun həyatını qoruya bilib, nə də onun həbsxanadakı ölümü ilə bağlı effektiv istintaqın aparılmasına nail olub. Mahir Mustafayev 2016-cı ilin dekabrında qaldığı kamerasında baş verən yanğın nəticəsində aldığı ağır yanıq xəsarətlərindən vəfat edib. İşlə bağlı ittiham ondan ibarət idi ki, həbsxana keşikçiləri işgəncə izlərini itirmək üçün kamerada yanğın törədib, ancaq məhkəmə buna dair sübutun olmadığına, ittihamın şübhədən o tərəfə keçmədiyinə qərar verib. Mahir Mustafayev yanğın baş verdikdən azı 8 saat sonra xəstəxanaya aparılıb. Məhkəmə qərar verib ki, hökumət Mahir Mustafayevin həyatını qorumaqda acizlik göstərib, bütün sübutların təmininə nail olmayıb və ailəsinə oğlunun ölümü və istintaqın gedişi ilə bağlı adekvat və vaxtında məlumat verməyib.

Avropa Məhkəməsinin bu hökmü azərbaycanlı aktivist və bloqqer Mehman Qələndərovun 28 aprel 2017-ci ildə Kürdəxanı həbsxanasının kamerasında asılı tapılmasından bir həftə sonra çıxarılıb. Mehman Qələndərov 7 fevral 2017-ci ildə, prezidentin atası Heydər Əliyevin heykəlini yazdığına görə həbs olunan iki vicdan məhbusunu öz feysbuk səhifəsində dəstəklədikdən qısa müddət sonra həbs edilib. O, narkotik ittihamları ilə üzləşib və elə həmin gün Nəsimi rayon Məhkəməsi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Mehman Qələndərov

Hökumətin rəsmi açıqlamasına görə, Mehman Qələndərov günorta kamera yoldaşının yatdığı bir vaxtda parçadan istifadə edərək özünü asıb. 1 ildən çox həmin həbsxana qalmış azərbaycanlı insan haqları müdafiəçisi  “Amnesty İnternational”-a deyib ki, “ordakı kameralarda özünü asmaq mümkünsüzdür”.

İnsan haqları müdafiəçiləri onu da bildirib ki, Mehman Qələndərov ona qarşı sürülən saxta ittihamları boynuna alması üçün işgəncəyə məruz qalıb, hökumət də sübutları gizlətmək üçün onu gizlicə dəfn edib. Penitensiar xidmət əvvəl onun ittihar etməsi ilə bağlı xəbərləri təkzib edib və onun ölümünü ictimaiyyətə yalnız bir gün sonra, aprelin 29-da açıqlayıb. Qələndərovun dəfni gizli təşkil olunduğu üçün jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri mərhumun meyitini görə bilməyiblər.

Aprelin 30-u məhkəmə-tibbi ekspertizasının ardından Baş Prokurorluq intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başladıb. Ekspertizada qeyd edilir ki, mərhumun bədənində boğulma izlərindən başqa xəsarət izləri aşkar edilməyib və Qələndərov qanunsuz davranışa məruz qalmayıb. Ancaq onun ölümü ilə bağlı şübhələr aradan qalxmayıb.

Avropa İnsan Haqları Məhkəməsinin Mustafayevlə bağlı hökmü Azərbaycan hökumətinin həbsxanadakı şəxslərin həyat və sağlamlığını qorumaq, xəsarət alan və ya ölənlərlə bağlı açıqlama vermək öhdəliyi olduğunu xatırlatmalıdır. “Amnesty İnternational” bəyan edir ki, Azərbaycan hökuməti Mustafayev işi ilə bağlı Məhkəmənin duyduğu narahatçılıqları nəzərə alaraq Mehman Qələndərovun ölümünə dair yeni, müstəqil, qərəzsiz və effektiv istintaq başlatmalı və istintaqın beynəlxalq standartlara uyğun aparılmasına nail olmalıdır.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button