2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ana: 10 ildən sonra oğlumun şəhidlik statusu ləğv edildi

“Mən də bu torpağın vətəndaşlığından imtina edəcəm”

“Oğlum bu ölkənin bütövlüyü, torpağın azad olunması uğrunda döyüşüb, ağır yaralanıb, müalicələri nəticə verməyib, elə müalicələr ala-ala həyatdan köçüb. Ona şəhidlik statusu verilib, ancaq 11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır. Məhkəməyə müraciət edib, oğumun şəhidlik statusunu ləğv etdirib. Həyat yoldaşım məhkəmə yollarında qaldı, axırda ürəyi tab gətirmədi, onu da itirdik”.

Gəncə sakini Qaratel Rəhimova danışır bunları… Qaratel xanımın oğlu Yusif Rəhimov 1991-ci ildə – 19 yaşında Gəncə Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 3 il Qarabağ və ətraf rayonlarında döyüşüb. 1994-cü ildə Füzulinin Yuxarı Seyidəhmədli kəndində güllə yarası alıb. Uzun illər müalicə alsa da, faydası olmayıb. Nəticədə psixi durumu da pozulub. 1998-ci ildə vəfat edib. Yusifin ailəsi 1999-cu ildə Kəpəz Rayon Məhkəməsinə müraciət edəndən sonra ona şəhid statusu verilib. 10 il sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Qurum məhkəmədən 1999-cu il tarixli həmin qətnamədən apelyasiya şikayəti müddətinin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edib. Ərizə təmin olunub, bundan sonra qurum apelyasiya şikayəti ilə müraciət edərək Yusif Rəhimovun şəhidlik statusunun ləğv edilməsini istəyib. Nazirlik belə əsaslandırıb ki, Yusif Rəhimovun ölümü güllə yarasından deyil, müalicəsi ilə bağlıdır. Döyüş meydanında həlak olmayıb, aldığı yaradan sonradan öldüyü üçün şəhid sayıla bilməz. Nazirliyin apelyasiya şikayəti təmin edilib, Yusif Rəhimova 10 il əvvəl verilmiş şəhidlik statusu ləğv olunub. Buna dözməyən ata İsa Rəhimov az sonra ürək tutmasından vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi


24 saat” “Ana: 10 ildən sonra oğlumun şəhidlik statusu ləğv edildi” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button