2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ana doğuş zamanı dünyasını dəyişdi

Zaqatala rayonunda ana ölümü baş verib.

Rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button