2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ana südü xərçəng hüceyrələrini öldürə bilir

“The Daily Mail” yazır ki, ana südünün uşaqların sağlamlığı üçün əhəmiyyətindən kifayət qədər söhbət açılıb, lakin yeni kəşf bu südün tərkibindəki kimyəvi elementlərdən birinin xərçəng xəstəliyinin müalicəsində müstəsna rol oynaya biləcəyini göstərib.

Şərti olaraq Hamlet adlandırılmış bu maddədən xərçəng şişlərinin hədəflənməsində istifadə edilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

İsveçdəki Lund Universitetinin alimləri Hamletdən sidik qovucuğu xərçənginin müalicəsində istifadənin mümkünlüyünü isbat ediblər.

Xəbər verilir ki, Hamlet maddəsininin xəstələrə iynə ilə vurulmasından sonra, xərçəng şişləri parçalanaraq sidiklə birlikdə orqanizmdən çıxır.

Ən əhəmiyyətlisi budur ki, maddə birbaşa xərçəngli hüceyrələri hədəfləndiyindən həm sağlam, həm də xərçəngli hüceyrələrə təsir edən kimya və ya radiasiya terapiyasına ehtiyac qalmır.

İmmunologiya professoru Catharina Svanborg bu maddəni antibiotiklər üzərində işləyərkən təsadüfən kəşf edib.

“Ana südündən alınmış bu maddəni xərçəng hüceyrərlərinə yönəltdikdə onlar ölməyə başladılar və biz əməlli-başlı təəccübləndik. Bu gözlənilməz sevinc anı oldu” – deyib alim “The Daily Mail” qəzetinə.

Professor Svanborg izah edib ki, o yeni antimikrob agentləri üzərində işləyirdi. Ana südü belə agentlərlə zəngindir.

Alim deyir ki, ana südünün tərkibində alfa-laktalbumin zülalı var və bu zülal qarın boşluğundakı xərçəng hüceyrələrinə ölümcül zərbə vurur. Maddə sağlam hüceyrələrə qətiyyən təsir etmir.

Daha dəqiq deyilərsə, Hamlet maddəsi xərçəng hüceyrələrinin müdafiəsini yarıb onun içərisinə daxil olur və bundan sonra xəstə hüceyrənin mitoxondrisinə və nüvəsinə zərbə endirir.

Əsas enerji mənbəyindən məhrum olan hüceyrə özünü təkrar proqramlaşdırmağa çalışarkən zəifləyib ölür.

Professor Svanborg öz kəşfini möcüzə adlandırmaqdan çəkinmir.

Alimlər deyirlər ki, ana südündən alınmış Hamlet komponentindən sidik qovuğunundan başqa uşaqlıq boynunun xərçənginin də müalicəsində istifadə oluna bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button