2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Analoqsuz inkişaf”ın geri sıçrayışı

Ölkənin 95 faiz qazlaşdırılması vədi 5 il əvvəl verilmişdi
Ünvanımıza gələn şikayətlərin çox hissəsi qaz problemi ilə bağlıdır. Azərbaycan gerçəkliyində ilin bu vaxtı evlərin qazsız qalmasının nə demək olduğunu bilirsiniz. Çünki ölkə əhalisinin 60-70 faizinin mənzilində istilik sistemi qazla çalışır. Onun kəsilməsi evlərdə həyatın donması deməkdir. Yaxın günlərdə ölkə başçısının ilin yekunlarına həsr olunmuş çıxışında bu il ölkədə qazlaşdırma səviyyəsinin 93%-dən 95%-ə çatdırılacağını söylədiyini yazmışdıq. Bu çıxış əsasında da ötən illərin müqayisəsini apararaq, verilən vədlərin hər il havada qaldığını vurğulamışdıq. Yazını oxuyan oxuculardan biri də öz təşəbbüsü ilə kiçik araşdırma apararaq yazıb ki, ölkə rəsmilərinin vədlərinə görə ölkənin 95% qazlaşdırılması 5 il bundan əvvəl başa çatmalıydı. Bu da verilən vədi təsdiq edən dəlil:
““Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın bütün regionlarının qazla təchizatının yaxşılaşdırılması və qazlaşdırma səviyyəsinin artırılması üzrə proqramın reallaşdırılması üçün bütün qüvvələri səfərbər edib… 2013-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması üçün bütün işlər aktiv templə aparılır. Qazlaşdırma proqramının həyata keçirilməsi üçün bütün zəruri texnika və mexanizmlər, həmçinin işçi qüvvəsi cəlb olunub” – mənbə qeyd edib.”(Milli.az, 2012, 3 oktyabr)

“Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılacaqdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir…”Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq.”( AZƏRTAC, 10 yanvar, 2014)

“Ağdaş rayonunun Korarx, Şəkili və Cüvə kəndlərinə uzun illər fasilədən sonra təbii qaz verilib. Mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını söyləyib. O, bu istiqamətdə görülən işlərə diqqəti cəlb edərək gələn il respublika üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını bildirib. “Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması kommersiya məqsədi daşımır, sosial xarakterlidir. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilədək ölkəmizin bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması qarşımıza əsas vəzifə kimi qoyulub”. (APA, 12 sentyabr 2015-ci il)

Saytların yığılması Saytlarin yigilmasi

Bəli, verilən vədlərə görə ölkə 95% qazlaşdırılma planı 5 il bundan əvvəl tamamlanmalıydı. Amma deyəsən bu gedişlə məsələ çox beş illər aparacaq. Hakimiyyətin illərdir dilindən düşməyən “analoqsuz inkişaf”ın geriyə doğru sıçrayışıdır bu da deyəsən…

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button