2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

Ruhin Vəliyevin xəsarət aldığı bildirilir

İyunun 17-də Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı piyada əleyhinə minaya düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

31 yaşlı Ruhin Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumatı Cəbrayıl Rayon Prokurorluğu yayıb.

Məlumatda bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məhkəmə-tibb ekspertizası təyin edilib:

“Digər prosessual hərəkətlər yerinə yetirilib. Bundan əlavə, faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır”.

Bu, işğaldan azad edilən ərazilərdə minaya düşməklə bağlı ilk hadisə deyil. Azərbaycan tərəfinin açıqlamasına görə, Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında baş tutmuş 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdə 200-dən çox şəxs minaya düşüb.

Onların 30-dan çoxu həlak olub, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Müharibədən sonra Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara təqdim etməməkdə günahlandırıb.

Bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlandı.

Sonradan Azərbaycan Prezidenti İlham Əliyev həmin xəritələrin çoxunun yanlış olduğunu, yəni reallığı tam əks etdirməməsi ilə bağlı açıqlama verdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu açıqlamadan sonra əllərində olan bütün xəritələri Azərbaycana verdiklərini bildirib.

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş tutub.

Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button