GündəmManşetXəbərlər

Anar Bağırovun Sahib Məmmədovu Vəkillər Kollegiyasına imtahansız qəbul etməsinin səbəbi

Kollegiya sədrinin hüquq müdafiçəsinə qarşı “lütfünün” arxasında nə dayanır?

Hüquq müdafiəçisi kimi tanınan, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov müəmmalı şəkildə Vəkillər Kollegiyasına üzv qəbul edilməsi barədə məlumat vermişdik.

24saat.org saytının araşdırması zamanı məlum olmuşdu ki, Sahib Məmmədov ötən il Vəkillər Kollegiyasına imtahan verməsə də, o, 1 ildir kollegiyanın üzvüdür.

Sahib Məmmədov Vəkillər Kollegiyası
Sahib Məmmədov Vəkillər Kollegiyası

Belə ki, hələ 2012-ci ildə Vəkillər Kollegiyasına imtahan verən Sahib Məmmədov Kollegiyasının əvvəlki sədri Azər Tağıyevin “imtahan”ından keçə bilməmişdi. Daha doğrusu, Azər Tağıyev onun kollegiyaya qəbuluna icazə verməmişdi. A.Tağıyev  imtinasını belə əsaslandırmışdı ki, Sahib Məmmədov heç tərcümeyi-halını düzgün yaza bilmir. Buna görə Sahib Məmmədov  məhkəməyə müraciət etmiş, mediada Azər Tağıyevi “yıxıb sürümüşdü”.

Anar Bağırov Vəkillər Kollegiyasınnı sədri təyin edildikdən sonra isə Sahib Məmmədov “Azərbaycanda vəkillik institutunun inkişafı” barədə geninə-boyuna danışaraq, mediada çıxışlar etməyə başladı.

Maraqlıdır ki, o, çıxışlarında Vəkillər Kollegiyasına namizədlər üçün keçirilən imtahanların şəffaflığından, “islahatlardan” da ağızdolusu danışmağa başladı. Amma bu çıxışlarda onun vəkilliyə namizəd olub-olmaması barədə heç nə qeyd edilmirdi…

Vəkillər Kollegiyasına ilk imtahan 2018-ci ilin yanvar ayında keçirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilib. Bu mərhələni də müvəffəqiyyətlə keçən namizədlərin siyahısı mediada dərc edilib. Ancaq bu siyahıların heç birində Sahib Məmmədovun adı olmayıb. Həmçinin imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış vəkilliyə namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilibllər. Sahib Məmmədovun bu təlimlərdə və vəkillərin andiçmə mərasimində iştirakı barədə də heç bir məlumat yoxdur.

Sahib Məmmədovun Vəkillər Kollegiyasına qarşı “döyüşən” vəkili ANAR BAĞIROV OLUB!

Beləliklə, məlum olan odur ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Sahib Məmmədovun mediadakı “canfəşanlıqlarını” nəzərə alaraq, ona vəkil mantiyasını imtahansız-müsahibəsiz hədiyyə edib.

Yazının dərcindən sonra Sahib Məmmədov 24saat.org-a açıqlamasında bildirib ki, Vəkillər Kollegiyasına 2011-ci ildə imtahan verib və 2012-ci ildə icbari kursları bitirib. O kursları bitirməsi barədə sertifikatın fotosunu da saytımıza göndərib. “Bu Şəhatənamə bütün prosesləri keçib qurtarandan sonra verilir. Sadəcə and içmədə olmamışdım. Belələri çoxdur. Müamma yoxdur. Vəkilliklə məşğul olmuram düzü. Ancaq üzvlük haqqı verirəm. Ötən ilin yazında vəsiqəmi götürmüşəm”.

24saat.org saytının əldə etdiyi digər məlumatda isə bildirilir ki, Sahib Məmmədovun VK-ya qarşı qaldırdığı iddianı müdafiə edən vəkil hazırda Vəkillər Kollegiyasına rəhbərlik edən Anar Bağırov olub.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Onu da qeyd edək ki, Sahib Məmmədov 2012-ci ildə VK-nı məhkəməyə verən zaman onun əlində hazırda bizə sübut kimi təqdim etdiyi sertifikat var idi. Başqa sözlə, VK-ın sabiq sədri Azər Tağıyev Sahib Məmmədovun vəkillik vəsiqəsini verməməklə, verilən həmin sertifikatı da hüquqi cəhətdən keçərsiz elan edib.

Görünən budur ki, Azər Tağıyevdən sonra Vəkillər Kollegiyasının sədri olan Sahib Məmmədovun sabiq vəkili Anar Bağırov isə həm 6 il əvvəlki  “xəcalətindən çıxmaq”,həm də Sahib Məmmədovun hakimiyyətə və kollegiyaya qarşı “canfəşanlığını” mükafatlandırmaq üçün onu imtahansız kollegiyaya üzv qəbul edib.

az24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button