2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Anar İsgəndərov: “Belə klinikanın açılmasına pis baxanlar, bədənlərinə cin girəndə, basa düşəcəklər”

Cəmiyyətdə insan bədənindən cin çıxarılması və bununla məşğul olan xüsusi mərkəzin yaradılması ideyasına münasibət birmənalı deyil

Ötən günlərdə İstanbulda fəaliyyətə başlayan “Mənəvi Şifa Mərkəzi”, Azərbaycan mətbuatının da əsas müzakirə mövzularından birinə çevrildi. “Cin xəstəxanası” olaraq da bilinən mərkəzdə, islami müalicə üsulları ilə, “Qurani-Kərim” oxunaraq cadu pozulur və cin çıxardılır.
Azərbaycan insanı bu cür hallara necə yanaşır? Hətta, ölkəmizdə də belə bir mərkəzin açılmasına ehtiyac hiss edirikmi? Sputnik əməkdaşı bu sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb.
Toğrul Qasımov: “Düşünürəm ki, bu tip bir “müəssisə”nin açılması, ümumən belə halların baş verməsi, cəmiyyətdəki savadsızlığın, cahilliyin göstəricisidir. Qəti əleyhinəyəm”.
Nigar Mövsumova: “Məncə, bu cür klinikaların açılması yerli camaatın səhiyyə sisteminə, tibbə güvənsizliyindən və cahilliyindən irəli gəlir. Cinlərin mövcudluğunu danmıram, lakin ümumən, bu cür hallar ayrı-ayrılıqda din adamları tərəfindən araşdırılmalıdır. Hansısa klinikada kiminsə cibinə pul ötürmək çıxış yolu deyil. Həmçinin, gərək nəzərə alaq ki, tarixdə bu cür insanların 90 faizdən çoxu sadəcə ruhi xəstələr olub. Əgər cinlərə dair hər hansı şəxsə səlahiyyət verilsə, bu səlahiyyətdən öz mənfəətləri üçün istifadə edəcəklər. O ruhi xəstə olanlara da, pul mənbəyi kimi baxacaqlar”.
Azər Ağayev: “Bir azdan bizimkilər ard-arda belə klinikalar açacaqlar. Səbr edək, bunu da görəcəyik”.
Hafiz İsmayılzadə: “Azərbaycanda belə bir klinika açılarsa, bütövlükdə ölkə əldən gedəcək”.
Vüsal Məmmədov: “Belə bir klinikanın açılmasına əla baxıram. Ciddi sözümdür”.
Taleh Cəfərli: “Yaxşı olar. Biz də gedib içimizdəki cini çıxartdırarıq”.
Kamran Ağabalayev: “Bizdə çoxu zatən cindir, bax, bu cinlərdən insan çıxarma klinikası açılsa, pis olmaz”.
İlqar Atabəyli: “Bu məsələyə çox pozitiv baxıram. Məhz, bu qlobal problemlə bağlı heç bir iş görülmürdü”.
Abdullah Sələfi: “Belə klinika lazımdır, amma gərək iman gətirənləri müalicə edələr”.
Natiqə Əliyeva: “Həkimlərdən qurtardıq, indi də mollalar alacaqlar canımızı”.
Anar İsgəndərov: “Belə klinikanın açılmasına pis baxanlar, bədənlərinə cin girəndə, basa düşəcəklər”.
İlahə İmanova: “Əlbəttə, çox pis baxıram. Biabırçılıqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button