2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Anar Məmmədov Londondakı evini satışa çıxardı – 9,5 milyon funta (FOTOLAR)

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, adı əsasən qalmaqallarda hallanan Anar Məmmədov Londondakı malikanəsini satışa çıxarıb.

Londonda yaşayan soydaşlarımızdan birinin Missiya.Az-a veridiyi məlumata görə, İngiltərənin ev alqı-satıqsı üzrə ixtisaslaşmış saytlarında bir müddətdir ki, “22 The Bisops Avenue, London” ünvanında yerləşən malikanənin satıldığına dair elan yerləşdirilib. Bizneslə məşğul olan soydaşımız bildirib ki, həmin ünvan ona tanış gəldiyindən kiçik bir araşdırma aparmaq qərarına gəlib və məlum edib ki, bir müddət əvvəl yenə də axtarış sistemlərində rast gəldiyi və sahibi azərbaycanlı olan bir şirkətin hüquqi ünvanı da məhz “22 The Bisops Avenue, London”dur. Soydaşımız bizə müvafiq koordinatları verib, “Araşdırın və qarşılaşacağınız ad sizə də tanış gələcək”.

Saytların yığılması Saytlarin yigilmasi

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_0111111.JPG

İnformasiya bizə maraqlı gəldiyindən “tanış gələcək ad”ın axtarışına başladıq. İngilətərədə qeydiyyatdan keçmiş şirkətlər barədə məlumatların yer aldığı saytların bir neçəsinə göz gəzdirdik və nəticədə həmin adı tapdıq – Anar Məmmədov. Keçək dettallara.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_01111111.JPG

Companycheck.co.uk saytında yer almış məlumata görə, 2002-ci ilə Londonda “BROOKWOOD INTERNATIONAL LIMITED” adlı şirkət yaradılıb(Ziya Məmədov 2002-ci ildə nəqliyyat naziri vəzifəsinə təyin olunub – Red). Şirkətin sahibi bölməsində açıq və aydın şəkildə göstərilib: “Anar Məmmədov. Vətəndaşlığı: Azərbaycan”. Bu şirkət sonradan başqa bir şəxsə satılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_011111111.JPG

Şirkətin hüquqi ünvanına gəldikdə isə, burada da deyildiyi kimi məhz hazırda satışa çıxarılmış malikanənin ünvanı göstərilib: “22 The Bisops Avenue, London”. Yəqin ki, aydındır. Bəli, şirkət də, onun hüquqi ünvanındakı mülkiyyət də məhz eyni adama məxsusdur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_0111111111.JPG

Qeyd edək ki, digər müvafiq saytlarda da “BROOKWOOD INTERNATIONAL LIMITED” şirkətilə bağlı məlumatlarda satışa çıxarılmış malikanənin ünvanı göstərilib. İndi keçək malikanənin özünə.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_01111111111.JPG

Bu özəl mülkiyyət A. Məmmədov tərəfindən 2001-ci ildə alınıb. Alış qiyməti 2 milyon 700 min funt sterlinq olub. Amma indi onu satış qiyməti 9 milyon 500 min funtdur. Malikanınin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_011111111111.JPG

Biz Google Maps-ın imkanlarından yararlanaraq A.Məmmədovun satdığı malikanənin fotolarını da əldə etdik. Yazdıa təqdim olunmuş fotolar məhz həmin evin və onun yerləşdiyi küçənin görüntüləridir. 
b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_0111111111111.JPG

İslam
Missiya.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button