2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Anar Rzayev şirkətinə 12 ölkəyə yükdaşıma icazəsi verib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev telekanallara verdiyi müsahibədə “kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz” deməklə xəbərin əsassız olduğunu bildirib.
Qaynarinfo Anar Rzayevin “ədalət tərəzisi”ni yoxlamaq üçün araşdırma aparıb.
Öncədən qeyd edək ki, Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan “Van der Вal Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir.
Araşdırmalardan bəlli olur ki, Anar Rzayevin “ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu “Van der Вal Intl. Transport Bakı” şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.
Qeyd edək ki, Anar Rzayevin sözlərinə görə, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdirilib. Milli daşıyıcılar şirkətləri arasında qardaşının da şirkətinin olduğunu nəzərə alsaq, fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur…/Qaynarinfo

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button