2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Anasını öldürməkdə ittiham olunan yeniyetməyə 5 il həbs cəzası verildi

Yayımlandı: 14 Fevral 2023 16:53

Nənə nəvəsindən şikayətçi deyil

Bakıda anası Ülviyyə İsmayılovanı qətlə yetirməkdə ittiham olunan 15 yaşlı İ.M-nin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 5 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə baş verəndə onun 14 yaşı olub. Prokuror ona 7 il 6 ay cəza verilməsini təklif etmişdi.

Ümumiyyətlə, Azərbaycan qanunvericiliyi cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxsə heç bir halda, 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir.

Məhkəmə prosesinin əvvəlində zərərçəkmiş tərəf – Ülviyyə İsmayılovanın qohumları İ.M-yə verilən ittiham maddəsinin ağırlaşdırılmasını tələb edirdi. Zərərçəkmişin hüquqi varisi qismində Ülviyyə İsmayılovanın anası tanınıb. Onun nümayəndəsi və vəkili də məhkəmədə vəsatət qaldırmışdı ki, iş prokurorluğa qaytarılsın, təqsirləndirilən yeniyetməyə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə verilən ittiham 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə əvəzlənsin. Prokuror da bu vəsatətlə razılaşmamışdı, məhkəmə bunu təmin etməmişdi.

Lakin sonradan məhkəmə prosesinin gedişində vəziyyət dəyişdi. Məlum oldu ki, tərəflər arasında barışıq əldə olunub. Zərərçəkmişin hüquqi varisinin – nənəsinin ondan şikayət və tələbi yoxdur.

İ.M  yetkinlik yaşına çatmadığına görə onun nümayəndəsi qismində məhkəmədə atası iştirak edirdi.

Hadisə 2022-ci il aprelin 20-də günorta saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində – metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib. 14 yaşlı oğlu 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı mətbəx bıçağıyla qətlə yetirməkdə ittiham olunur. Cinayət işinin materiallarına əsasən, məktəbli anasına iki bıçaq zərbəsi vurub. O, məktəbli çantasını və bıçağı da hadisə yerinin yaxınlığında atıb qaçıb.
İ.M məhkəmədə bildirib ki, anasını nalayiq hərəkətlərinə görə qətlə yetirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button