2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Anaxeber”in bloklanması ilə bağlı qərardan şikayətə baxılacaq

Anaxeber.az saytının bloklanması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılacaq.

Bu barədə 24saat.org-a saytın baş redaktoru Azər Talıbov məlumat verib. Onun sözlərinə görə, şikayətə sentyabrın 19-da saa 16.30 Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının, avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytlarının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iddiasını təmin edib.
Bu qərardan verilmiş apellyasiya şikayətinə əsasən, avqustun 9-da Arqument.az saytı barədə qərar ləğv edilib.
Az24saat.org və Xural.com saytlarının şikayətlərinə isə sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button