2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Android 13 ən çox enerji sərfiyyatına səbəb olan tətbiqlər barəsində istifadəçiyə xəbər verəcək

    Hələ rəsmi şəkildə təqdim edilməmiş Android 13 üçün yeni funksiya hazırlanır və həmin funksiya smartfonun enerji sərfiyyatını əhatə edir. Belə ki, Android 13-ə inteqrasiya ediləcək yeni funksiya fon rejimində smartfonun enerjisini ən çox sərf edən tətbiq barəsində istifadəçiyə məlumat verəcək. İstifadəçiyə bildiriş 24 saat ərzində bu və ya digər tətbiqin normadan artıq enerji sərf etdiyi zaman gələcək. Bu funksiya bəzi tətbiqlər istisna olmaqla yerdə qalan bütün tətbiqləri əhatə edəcək. Bir neçə il bundan öncə Android-ə tətbiqlərin batareya enerjisindən istifadə bildirişi üzrə funksiyanın əlavə edilməsinə cəhd göstərilmişdi. Lakin həmin funksiya istifadəçiləri tez bezdirdiyi üçün ondan imtina edilmişdi. Hazırlanan yeni funksiya isə bu məsələ ilə bağlı bildirişi 24 saat ərzində yalnız bir dəfə əks etdirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Əgər sistem istifadəçiyə məlumatı Foreground servis rejimində təqdim edən bu və ya digər tətbiqin yüksək enerji sərfiyyatına səbəb olduğunu aşkar edirsə, ilk növbədə sistem gözləyir ki, aşkar edilmiş tətbiq öz çalışma prosesini sonlandırsın. Əgər çalışma prosesinin sonlandırılmasından sonra da həmin tətbiq yüksək enerji sərfiyyatına sahib olursa, məhz bu halda sistem istifadəçiyə bildiriş göndərir. Bundan əlavə olaraq fon rejimində uzun müddət ərzində çalışan tətbiqlər barəsində bildirişlər də nəzərdə tutulub. Söhbət, sutka ərzində fon rejimində 20 saat çalışan tətbiqlərdən gedir. Qeyd etmək lazımdır ki, bu funksiya bəzi sistem tətbiqlərini və o cümlədən virtual klaviaturanı, VPN tətbiqləri və s. servisləri əhatə etməyəcək. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button