2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Android istifadəçilər arasında antivirus tətbiqlər kimi maskalanmış zərərli proqram təminatı yayılıb

    Google şirkəti istifadəçilərə kənar resurslardan tətbiqlərin yüklənməsi zamanı ehtiyyatlı olmağı məsləhət görsə də Google Play Store platformasının özündə çoxlu sayda zərərli proqram təminatı mövcuddur. Bununla belə hətta tərtibatçılar tərəfindən antivirus kimi qələmə verilən tətbiqlər də istifadəçi məlumatlarını oğurlama potensialına sahibdirlər. Verilmiş yeni məlumata əsasən Google şirkəti öz Play Store platformasından 6 ədəd zərərli tətbiqi silib. Məlumatda qeyd edilib ki, silinmiş tətbiqlər antivirus kimi maskalanıblar və istifadəçilərin şifrələri ilə digər məlumatlarını oğurlamaq üçün nəzərdə tutulublar. Check Point şirkətinin tədqiqatçıları aşkar ediblər ki, həmin tətbiqlər ümumilikdə 15.000 dəfə yüklənilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Google zərərli tətbiqləri Check Point şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən göndərilmiş sorğudan sonra silib. Məlum olub ki, istifadəçilər antvirus adı ilə əslində Sharkbot adlı zərərli proqram təminatını yükləyiblər. Sözügedən zərərli proqram təminatı istifadəçi məlumatlarının əldə edilməsi üçün nəzərdə tutulub. Sözügedən proqram təminatı cihazın sisteminə daxil olandan sonra istifadəçi bu və ya digər servis daxilində öz hesabına giriş etmək istəyən zaman virus istifadəçi tərəfindən daxil edilən məlumatları oğurlayır və hackerlərin serverlərinə göndərir. Onlar isə öz növbələrində əldə edilmiş istifadəçi məlumatlarından istifadə edərək istifadəçilərin bank tətbiqləri, sosial şəbəkə və s. servislərdəki hesablarına daxil olmağa çalışırlar. Google artıq bu antivirus tətbiqlərini Play Store-dan silib. Lakin həmin tətbiqlərin kənar resurslarda yayıldıqları istisna edilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button