2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ankara bunun qarşılığında Hələbi Putinə verdi – Türkiyəli yazar

Sanki Rusiyaya təzyiqi Türkiyənin üzərindən edirlər.

Axar.az xəbər verir ki, bu barədə “Dirçəliş Poçtu”nun yazarı İsmayıl Yaşanın “Hər kəs bir-birini ittiham edir” başlıqlı məqaləsində qeyd edilib.

Yaşa humanitar yardımların Hələbdəki insanları qırğından, uşaqları binaların altında qalmaqdan, qadınları şiə milislərinin təcavüzündən qoruya bilməyəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hər kəsin bir xilaskar gözlədiyini, günahı bir-birinin üstünə atdığını deyən Yaşa bunları qeyd edib:

“Hər kəs bir-birini günahlandırır. Halbuki, heç kimin kimisə günahlandıracaq halı yoxdur. Çünki bu rüsvayçılıq hamımıza yetər və artar. Qorxuram ki, Hələbin vəbalı yardım edə biləcək, ancaq yardım etməyən ölkələri yandıracaq. Türkiyənin Rusiya ilə razılaşdığı və “Fərat qalxanı” əməliyyatına Moskvanın səssiz qalması qarşılığında, Ankaranın da Hələbi Putinə buraxdığı iddia edilir. Biriləri bu şəkildə təsəlli tapır. Sanki öz ayıblarını Ərdoğanın üzərinə dağıtmaq gücündədirlər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası beş ölkənin nəzarətindədir. O ölkələrdən biri də Rusiyadır.Buradan bir ümid yoxdur. Nə BMT, nə İƏT, nə Ərəb Birliyi, nə də İslam ölkələrinin NATO-su olacağı deyilən “İslam Ordusu” haradadır?”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button