2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Ankara dronların Ukraynaya pula satıldığını və yardım olmadığını deyir

Türkiyə xarici işlər nazirinin müavini martın 3-də deyib ki, Ankaranın Ukraynaya dron verməsi dəstək yox, adicə özəl satış əməliyyatıdır
Türkiyə xarici işlər nazirinin müavini martın 3-də deyib ki, Ankaranın Ukraynaya dron verməsi dəstək yox, adicə özəl satış əməliyyatıdır.
Reuters yazır ki, Türkiyə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlamağa can atır.
Rusiya və Ukrayna ilə dəniz sərhədi olan NATO üzvü Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini “qeyri-məqbul” adlandırıb, lakin alyans üzrə müttəfiqlərinin kəskin ritorikasını bölüşməyib və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi əleyhinə çıxıb.
Türkiyə Rusiya ilə enerji sahəsində sıx əməkdaşlıq edir, amma eyni zamanda Kiyevə Bayraktar TB2 dronları satıb.
Ankara habelə Kiyevlə birlikdə bu dronların Ukrayna ərazisində müştərək istehsalına dair müqavilə imzalayıb.
Ukrayana dronların yeni partiyası gətirilib
Ukraynanın müdafiə naziri martın 2-də bildirib ki, Ukraynaya Türkiyədən döyüş dronlarının yeni partiyası gətirilib.
Reuters xatırladır ki, Türkiyə Suriya və Liviya kimi yerlərdə dronlardan Rusiya qüvvələri və onun müttəfiqlərinə zərbə endirilməsi üçün istifadə edib.
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran hökumətyönlü Sabah qəzetinə müsahibəsində deyib ki, Kiyev dronları Türkiyənin özəl Baykar şirkətindən alıb və bu, iki ölkə arasında hər hansı razılaşmanı əks etdirmir:
“Ukrayna bu məhsulu bizim şirkətimizdən almaq istəyib və onlar öz aralarında çox sərfəli bir sövdələşmə razılığına gəliblər. Bu, Türkiyədən kömək deyil. Bu dronlar Ukraynanın Türkiyə şirkətindən satın aldığı bir məhsulduir. Biz əlbəttə, öz məhsullarımızla fəxr edirik”.

Çətin balans
Bu bəyanat Qərb ölkələrinin Rusiya üzərinə sanksiyaları daha da sərtləşdirdiyi və Ukraynaya hərbi dəstəyi gücləndirdiyi bir vaxta təsadüf edir.
Lakin Reuters bildirir ki, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Ukraynanın Ankaradakı səfirliyi Türkiyə istehsalı dronların Rusiya hədəflərini vurduğunu görüntüləyən videolar paylaşıb.
Rusiya Türkiyədən Ukraynaya dron satılmasına bundan əvvəl də etirazını bildirib, amma Ankara israr edir ki, o dron alıcısının sonrakı hərəkətləri üçün məsuliyyət daşımır.
ABŞ və Çin dronlarından ucuz olan Türkiyə pilotsuz təyyarələri Avropada, Afrika və Asiyada çox populyardır.
Türkiyə habelə turizm sahəsində Rusiyadan çox aslılıdır. Ankara buna baxmayaraq bu həftə Qara dəniz boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlayıb.
Rusiya və Ukrayna arasında balans saxlamağa çalışan Türkiyə martın 2-də BMT Baş Assambleyasında Rusiyaya qarşı qətnamənin səsverməsində bitərəf qalıb.

24 saat” “
Ankara dronların Ukraynaya pula satıldığını və yardım olmadığını deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button