2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ankara Finlandiyanın NATO-ya qoşulmasına razılıq verə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən – yanvarın 30-da deyib ki, Ankara Finlandiyanın NATO-ya İsveçdən daha tez üzv olmasına razılıq verə bilər. Bu bəyanat Ankaranın İsveçlə gərginliyinin artması fonunda səslənir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Finlandiyaya (onların NATO-ya üzvlük müraciətilə bağlı) fərqi mesaj verə bilərik və İsveç bizim mesajımızı görəndə şok olacaq. Ancaq Finlandiya İsveçin elədiyi səhvə yol verməməlidir”, – Ərdoğan bazar günü televiziya ilə çıxışında vurğulayıb.

Ötən ilin fevralında Rusiya Ukraynaya hücum edəndən sonra İsveçlə Finlandiya NATO-ya üzvlük üçün müraciət ediblər. Ancaq bundan ötrü bütün üzv ölkələrin razılığı lazımdır. Türkiyə və Macarıstan hələlik, bu ölkələrin üzvlüyünü ratifikasiya etməyib.

Türkiyə İsveçin qadağan olunmuş PKK silahlılarına sığınacaq verdiyini deyir. PKK 1984-cü ildən Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparır.

“Biz İsveçə 120 nəfərin siyahısını verdik, bu terrorçuları ekstradisiya etmələrini istədik. Onları təhvil verməsəz, onda buna görə təəssüf edirik”, – Ərdoğan deyib.

Ötən iyundan danışıqlar gedir

Türkiyə ötən iyunda İsveç və Finlandiya ilə bu ölkələrin NATO üzvlüyü ilə bağlı razılaşma imzalayıb.

Ankara ötən həftə İsveç və Finlandiya ilə NATO danışıqlarını dayandırıb. Buna Stokholmda etiraz aksiyasında ifrat sağçı siyasətçinin “Quran”ın nüsxəsini yandırması səbəb olub.

İsveçin Baş naziri Ulf Kristersson deyib ki, ölkəsi Türkiyəylə NATO dialoqunu bərpa etmək istəyir. Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu isə ötən həftə bildirib ki, danışıqları yenidən başlamaq mənasızdır.

Çavuşoğlu onu da qeyd edib ki, “İsveç və Finlandiyanın NATO üzvlüyünü ayrı-ayrılıqda dəyərləndirmək təklifi yoxdur”.

24 saat” “
Ankara Finlandiyanın NATO-ya qoşulmasına razılıq verə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button