2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ankara Moskva və Kiyev arasında ‘tərəf tutmadığını’ deyir (Video)

Türkiyə Ukrayna və Rusiya arasındakı münaqişədə tərəf saxlamır və bu məsələnin diplomatik həllini dəstəkləyir.

Reuters agentliyi yazır ki, bu bəyanatı aprelin 15-də Türkiyənin xarici işlər naziri Mevlud Çavuşğlu Rusiyanın Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsi məsələsinə münasibət bildirirərkən verib.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar və NATO Rusiyanın Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda qoşun və hərbi texnika cəmləşdirməsi ilə bağlı narahatlıq ifadə ediblər.

https://www.reuters.com/world/europe/turkey-says-not-picking-side-ukraine-russia-conflict-turkish-formin-2021-04-15/

Ötən həftəsonu Türkiyə prezidenti Recep Tayyip Erdoğan şərqi Ukraynanın Donbas regionunda “narahtedici” vəziyyətə son qoyulmasına çağırmış və bu məsələdə dəstək ola biləcəyini bildirmişdi.

Bunun ardınca Rusiya bəyan etmişdi ki, Türkiyə və başqa ölkələr Ukraynanın “davakar hissiyyatını yemləməməlidirlər”.

Münaqişələr, ərazi bütövlüyü və dronlar

Türkiyənin NTV telekanalına müsahibə verən Çavuşoğlu deyib ki, NATO üzvü olan Türkiyə həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir:

“Biz bütün problemlərin sülh yolu ilə həlli üçün hər iki tərəfə eyni çağırışı edirik. Biz bu ölkələr arasında kiminsə tərəfini saxlamırıq. Bizim mövqeyimiz aydındır: balanslı və konstruktiv”.

Reuters yazır ki, Türkiyə Suriya, Liviya və Dağlıq Qarabağ kimi münaqişələrdə, habelə enerji və müdafiə sahələrində Rusiya ilə yaxın əməkdaşlıq yaradıb.

Bununla belə, Ankara Rusiyanın Krım yarımadasını ilhaq etməsini pisləyib və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib.

Türkiyə habelə 2019-cu ildə Ukraynaya hərbi dronlar satıb.

ABŞ hərbi gəmilərinin Qara dənizə keçidini ləğv edib

Türkiyə ötən həftə bildirmişdi ki, Birləşmiş Ştatlar Qara dənizə iki hərbi gəmi göndərəcək.

Rusiya bunu “dost olmayan təxribatçı hərəkət” kimi dəyərləndirmişdi.

Bunun ardınca aprelin 14-də Türkiyə diplomatik mənbələrindən bəlli olub ki, ABŞ Qara dənizə hərbi gəmilərin çıxarılması qərarını ləğv edib.

Çavuşoğlu deyib ki, Vaşinqton Ankaranı bu qərarı ilə bağlı məlumatlandırıb.

Nazir deyib ki, Qara dənizə hərbi gəmi çıxarmaq istəyən ölkə Türkiyəyə 15 gün əvvəldən bildiriş verməlidir.

1936-cı ilin Montrö Konvensiyasına görə qeyri-Qara dəniz ölkələrinin Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazlarından hərbi gəmi keçirməsi üçün Türkiyənin razılığı tələb olunur.

Çavuşoğlu izah edib:

“Əgər ABŞ gəmiləri boğazlardan bugün keçməyibsə, 15 günlük bildiriş müddəti yenidən başlanır. Qeyri-sahil ölkələri 15 gün əvvəldən bildiriş təqdim etməlidirlər”.

24 saat” “Ankara Moskva və Kiyev arasında ‘tərəf tutmadığını’ deyir (Video)” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button