2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ankara – Moskva yaxınlaşmasında Azərbaycanı qorxudan səbəb

“Moskva Ankara ilə münasibətlərin operativ bərpası üçün bütün lazımlı addımlara təşəbbüs göstərir. Biz iqtisadi əlaqələri kəsmirik”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Krımda bu gün jurnalistlər üçün təşkil etdiyi brifinqdə deyib.

O bildirib ki, siyasi soyuqlaşama bilavasitə iqtisadiyyati əlaqələrə də təsir edir. “İndi bu baryerlər çəkilir. Çünki Türkiyə üzr istədi. Biz münasibətlərin yaxşılaşması üçün təşəbbüs göstəririk”,- deyə Zaxarova bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə rəsmiləri də buna bənzər açıqlamalar verirlər. Hər iki tərəf münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Ümumilikdə, Rusiya və Türkiyə arasında münasibətlərin pozulması regionun iqtisadi, siyasi, turizm və nəqliyyat sektorlarında bir sıra dəyişikliklərə səbəb olmuşdu.

Məsələn, münasibətlər korlandıqdan sonra Türkiyəyə məxsus yükləri daşıyan TIR-lar Rusiya ərazisindən deyil, Azərbaycan ərazisindən hərəkət etməyə başlamışdılar. Çünki Rusiya Türkiyənin yük avtomobillərinin ölkə ərazisindən keçməsinə qadağa qoymuşdu.

Bu səbəbdən Türkiyəyə məxsus TIR-lar Azərbaycan ərazisindən daha intensiv formada istifadə etməyə başladılar. Hətta iş o yerə çatdı ki, Ələt və Aktau limanlarında TIR böhranları yarandı.

Yəni Aktau limanı ardıcıl olaraq yüzlərlə yük maşınını qəbul etmək imkanında olmadığı üçün Ələt limanında böyük növbələr yaranmışdı.

Sürücülərin yeni nəqliyyat dəhlizində can atmalarına səbəblərdən biri də Azərbaycan tərəfinin TIR-lar üçün xüsusi güzəşlər (həm tarif, həm də gömrük) tətbiq etməsi idi. Amma hazırda Azərbaycanın bu güzəştləri tətbiq etməsinə səbəb olan Rusiya və Türkiyə arasında münasibətlər normallaşmağa doğru gedir.

Bu normallaşma fonunda Türkiyə TIR-larının yenidən Rusiya ərazisindən hərəkət etmək ehtimalını şərh edən TRASEKA-nın milli katibi Akif Mustafayev ANS PRESS-ə açıqlamasında deyib ki, artıq sürücülərin əksəriyyəti Azərbaycan ərazisindən istifadə etməyə adət ediblər.

“Çünki onlara Azərbaycanda bir çox güzəştlər (gömrük və tarif) tətbiq edilib və rahat hərəkət etmələri üçün şərait yaradılıb. Bu şərtlər sürücülər üçün cəlbedicidir. Amma hələ ki, Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması fonunda Rusiyanın həmin yük avtomobillərinə hansı şərtlər altında sərhədlərindən keçməyə icazə verməsi barədə suallar açıq qalır. Həmçinin hazırda münasibətlər o qədər düzəlməyib ki, Rusiya Türkiyə TIR-larını güzəştlərlə cəlb edə bilsin”,- deyən TRASEKA rəsmisi əlavə edib ki, Azərbaycan bu dövlətlər arasında ticarət dövrüyyəsinin artmasında maraqlı olmalıdır.

“Ona görə ki, ticarət dövrüyyəsinin artması yükdaşımalarda müsbət təsir göstərir. Azərbaycan elə böyük dövlət deyil ki, regionun bütün yükdaşımalarını öz üzərinə götürsün. Belə olan halda Türkiyənin yük avtomobillərinin bir qismi Rusiyadan, digər bir qismi isə Azərbaycandan lazımi yerlərə hərəkət edə biləcək. Ümumilikdə, Ankara və Moskva arasında münasibətlərin düzəlməsi iqtisadi və siyasi cəhətdən həm region, həm də Azərbaycan üçün müsbət təsirlər yaradacaq”, – deyə Akif Mustafayev bildirib.

Rusiya Avropa və Asiya arasında strateji nöqtədə yerləşdiyi üçün karqo şirkətləri bu ölkənin ərazisindən yük daşmağa üstünlük verirlər. Çünki Avropadan Çinə yük aparan hər hansı bir TIR sürücüsü bir dəfə Ukrayna və ya Belarus, bir dəfə isə Rusiya Çin sərhədində gömrük yoxlamasından keçir.

Eyni gömrük rejimi Gürcüstan ərazisindən keçdikdən sonra Türkiyə TIR-larına da tətbiq edilir. Amma Azərbaycan ərazisindən hərəkət edən TIR-lar Gürcüstan, Azərbaycan, Xəzər dənizi, Qazaxıstan və ya Türkmənistanda gömrük yoxlamasından keçməlidir.

Ona görə də elə bir sistem qurmaq, cəlbedici nəqliyyat tarifləri və sürücülər üçün rahat yollar təklif etmək lazımdır ki, bir neçə il sonra Rusiya – Türkiyə və Rusiya – Urkayna arasında münasibətlər yaxşılaşan kimi rəsmi Kiyev və Ankara TIR-ları Mərkəzi Asiyaya və Çinə Rusiya ərazisindən göndərməkdə maraqlı olmasın.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button