24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Ankara və Vaşinqton Qazaxıstanı və Ermənistanı müzakirə ediblər

Bakı/11.01.22 Çərşənbə axşamı Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Qazaxıstanda vəziyyətin tezliklə normallaşması üzrə səyləri müzakirə ediblər.

“Anadolu” agentliyinin məlumatına görə, Türk Dövlətləri Təşkilatının bu istiqamətdəki səyləri qeyd edilib.

Eyni zamanda, Türkiyə-Amerika münasibətləri və regional məsələlər müzakirə olunub. Xüsusən, tərəflər Ankara və Vaşinqton arasında siyasi və iqtisadi əlaqələrin perspektivləri, habelə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Türkiyə tərəfi Ukrayna böhranının dialoq və qarşılıqlı fəaliyyət yolu ilə tənzimlənməsi zərurətini qeyd edib və Ankaranın buna əlindən gələn köməyi etməyə hazır olduğunu bildirib. Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasına verdiyi əhəmiyyət vurğulanıb.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə toxunulub. Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionda sabitliyə və tərəqqiyə şərait yaradacağı vurğulanıb. -16D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button