Loading...
Loading...
Xəbərlər

“Anlaya bilmirik, necə olur, adam həm yararsızdır, həm də pensiya düşmür?”

Qorxmaz Həsənov deyir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına getməkdən yorulublar. Hər dəfə gedir, əlillik üçün sənədlər toplanır, göndərilir:

“Cavab gəlir ki, müalicəyə ehtiyacı var. Olmayan bir şeyin nəyini müalicə etməlidirlər? Uşağın barmağının biri yoxdur, biri işləmir, sallanır, sinirsizdir. Qalan əlinin də yarısı işlək deyil. Bunu nə qədər müalicə et, nə çarəsi? Biləyində güc yoxdur, psixoloji durumu ağırdır. Özünü lazımsız, gərəksiz hiss edir. O gün görürəm oturub pillləkəndə, fikirlidir. Deyirəm, nə olub? Deyir: “Məni heç yerə işə götürmürlər, deyirlər, “yararsızsan”. Bəs mən həyatımı necə quracağam? İcazə verin gedim Bakıya. Bəlkə məni fəhlə kimi işə götürərlər”. Ağladı, ürəyim ağrıdı, icazə verdik, getdi”.

Ata deyir ki, heç olmasa yararsız kimi əlillik dərəcəsi versələr, aldığı pensiya ilə konturunu, siqaretini ödəyər. Yoxsa, dolanmaq çətindir:

“Vallah, biz də kasıb adamıq, çatdıra bilmirik. Nəsə bir cuzi də olsa, kömək etsinlər, yazıqdır. Zülüm-zülüm ağlayır, əli şişib olub nə boyda. Düşünmürlər bu uşaq nə ilə dolanmalıdır? Sonuncu döyüşdə də qardaşı getdi, bunu aparmadılar ki, yararsızsan. 23 yaşı var, bu vəziyyəti ona ağırdır, dözmür”.


24 saat” ““Anlaya bilmirik, necə olur, adam həm yararsızdır, həm də pensiya düşmür?”” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button