2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Anna Netrebko Ukraynadakı müharibəni pisləyir

Nyu Yorkda yerləşən Metropolitan Opera Netrebkonun statusuna yenidən baxmağa hazır olmadığını deyib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyalı soprano Anna Netrebko Prezident Vladimir Putindən fərqli düşündüyünü, Rusiyanın Ukraynanı işğalını pislədiyini bildirib. Azərbaycanlı tenor Yusif Eyvazovla ailəli olan opera ulduzu öncəki hərəkət və bəyanatlarının “yanlış yozulmasından” təəssüfünü bildirib.

Hazırda Avstriyada yaşayan Netrebko martın 30-da deyib ki, məsələyə aydınlıq gətirmək istəyir, Putini dəstəkləmir.

Putinlə həmfikir olmadığını deyir

“Mən Ukraynaya qarşı müharibəni qəti pisləyirəm, fikrim müharibə qurbanlarının, onların ailələrinin yanındadır”, – o yazır.

50 yaşlı Netrebko heç bir siyasi partiyanın üzvü, eləcə də Rusiya lideri ilə müttəfiq olmadığını vurğulayıb.

Putinlə bir neçə dəfə görüşdüyünü bildirən soprano bu görüşlərin əsasən mükafatlandırma mərasimlərində və Olimpiya oyunlarının açılışında baş tutduğunu yazıb.

“Rusiya hökumətindən başqa heç bir yolla maliyyə yardımı almamışam, Avstriyada yaşayıram, buranın vergi ödəyən rezidentiyəm”, – yazan Netrebko mayın sonunda çıxışlarını bərpa edəcəyini qeyd edib.

“Onda söhbət apara bilərəm”

Netrebko bundan əvvəl konsertlərini dayandırdığını açıqlamışdı. Münhendəki Bavariya Dövlət Operası, Nyu Yorkdakı Metropolitan Opera onun çıxışlarını təxirə salmışdı. Çünki opera ulduzu Putinin Ukraynaya qarşı fevralın 24-də başladığı hücumu açıq pisləməmişdi.

Nyu Yorkda yerləşən Metropolitan Opera Netrebkonun statusuna yenidən baxmağa hazır olmadığını deyib.

“Annanın bəyanatını oxuyandan sonra belə mövqeyimizi dəyişməyə hazır deyilik. Anna uzunmüddətli perspektivdə həqiqətən və tamamilə Putindən ayrı mövqedə olduğunu nümayiş etdirərsə, onda söhbət apara bilərəm”, – operanın Baş meneceri Piter Gelb deyib.

Netrebko Rusiyanın işğalından dərhal sonra müharibəyə qarşı olduğunu desə də, Putini birbaşa tənqid etməyib. Elə son bəyanatında da belə bir tənqid yoxdur.

Putinə görə bədəl ödəyənlər

Rusiyalı dirijor, Kremlin sadiq adamı Valeri Gergiyev də Putini müdafiə etdiyinə görə bədəl ödəyib. O, martın 1-də Münhen Filarmoniyasının baş dirijoru vəzifəsindən çıxarılıb. 68 yaşlı musiqiçi Rusiyanın Ukraynanı işğalından fərqli mövqeyini açıqlamaqla bağlı orkestrin tələblərinə cavab verməyib.

Bəzi rusiyalı ulduzlar isə müharibəni pisləyərək ölkədən gediblər.

Moskvadakı Bolşoy Teatrın baş rəqqası Olqa Smirnova müharibəyə etiraz olaraq Niderlanda gedib. Xarici filmlərdə rolları ilə tanınan rusiyalı aktrisa Çulpan Xamatova Latviyaya mühacirətə gedib.

Netrebko 2014-cü ilin dekabrında Ukraynanın Donetsk regionunda Rusiyanın dəstəklədiyi separatçılara böyük məbləğdə ianə etdiyinə görə tənqid olunmuşdu.

Rusiyanın Ukraynaya səbəbsiz hücumundan sonra Qərb Putini və müttəfiqlərini dəstəkləyən təşkilat və fərdlərə sanksiyalar tətbiq edib.

24 saat” “
Anna Netrebko Ukraynadakı müharibəni pisləyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button