2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ANS binadan çıxarılır

ANS Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasından çıxarılır.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb.

«Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq», – o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələyə, hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da da Bakı Apellyasiya Məhkəməsində Ülvi Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası da bu barədə qərar çıxarıb.

MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib.

MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Bütün bunlar bu il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı Fethullah Gülen-in mətbuat konfransında iştirakından sonra baş verib.

ANS rəhbərliyi isə həmin hadisələrdən sonra üzr istəsə də, məhkəmə müstəvisində bu qərarla mübarizəyə başlayıb. Ancaq ANS, hələ ki, yerli məhkəmələrdə bir-birinin ardınca uduzmaqda davam edir.

Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button