2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ANS-in keçmiş aparıcısı Avropa ölkəsindən sığınacaq istədi: “Məcbur idim…”

ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib. O, bu barədə özünün “Facebook” profilində məlumat yayıb:

“Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təyziqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi”.

T.Rafiqqızı bildirib ki, bu adımı atmağa məcbur olub: “Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Tünzalə Rafiqqızı uzun müddət ANS-də redaktor, “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri işləyib. Kanal bağlandıqdan sonra aparıcı “Space TV”-də xəbər xidmətinin müdir müavini vəzifəsində çalışmağa başlayıb. Lakin çox keçmədən o, həmin vəzifədən uzaqlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button