2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ANS serial məsələsində də Teleradio Şurasına uduzdu

ANS-lə Milli Televiziya və Radio Şurası arasında 10-dan çox məhkəmə işi gedir. Onlardan biri də serial çəkilişinə görə pul mübahisəsidir.

Teleradio Şurası iddia edir ki, ANS-lə «Abşeron» serialının çəkilişi üçün müqavilə bağladıqları halda, son nəticədə onlara hazır məhsul kimi, «Sevgi naminə» adlı başqa bir serial təqdim olunub. Ona görə də, ayrılmış 160 min manatı geri tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

ANS isə bildirir ki, əslində, elə Teleradio Şurasının rəhbərinin təşəbbüsü ilə onlara yarımçıq bir ssenari təqdim ediblər, ona sonradan düzəliş ediləcəyi haqda razılaşıblar. Ona görə də, ssenaridə cüzi dəyişikliklər edilib. ANS müqavilə öhdəliklərinə əməl olunduğunu iddia edir və seriala görə Şuradan borclu qaldığı 40 min manatı tələb edir.

***Buna da bax-Mirşahin: ”Donuzdan bir tük də qənimətdir’ prinsipi ilə yanaşırlarsa…’

Birinci instansiya məhkəməsi Teleradio Şurasını haqlı sayıb və bu qurumun 168 minlik (8 min manat da cərimə) iddiasını təmin edib.

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində ANS-in bu qərardan verdiyi şikayətə baxılıb. Vidadi Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da ANS-i haqsız sayıb və şikayəti təmin etməyib.

Məhkəmədə ANS-in nümayəndəsi Sevda Məhərrəmova kino mütəxəssisinin dəvət olunub dindirilməsi haqda vəsatət qaldırıb. Amma Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə razılaşmayıb. Deyib ki, hətta gələn mütəxəssis ANS-in xeyrinə ifadə versə belə, yenə iddianı dəyişməyəcəklər: «Burada həm də hesabatlılıq, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi məsələsi var».

Məhkəmə vəsatəti təmin etməyib. Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqədən sonra ANS-in şikayətinin təmin olunmaması haqda qərar elan olunub.

S.Məhərrəmova bildirib ki, ANS qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button