Now Reading:
''ANS üçün tikdiyimiz bina xarabalığa çevrilib''

''ANS üçün tikdiyimiz bina xarabalığa çevrilib''

Mirşahin Ağayev: ”MTRŞ bizdən 160 mini almaq istəyirsə, bu, başqa məsələ…”

Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsində “ANS” Müstəqil Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı verdiyi şikayətinə baxılıb. 

Hakim Vidadi Məmmədovun sədrlik etdiyi iclasda ANS-in baş direktoru Mirşahin Ağayev və vəkil Sevda Məhərrəmova çıxış edib. 

M. Ağayev çıxışında “Abşeron” serialının çəkilməsini şuranın sədri Nuşirəvan Məhərrəmli ilə müzakirə etdiklərini deyib: 

“Yəni serialın çəkilməsi onların təşəbbüsü olub. Nuşirəvan Məhərrəmli zəng edib bizdən başqa bütün telekanalların ayrılan məbləği aldığını söylədi. Mən də hazır ssenarimizin olmadığını bildirdim. O isə “əlimizdə olanı gətirək, sonra lazım olsa dəyişiklik olunar”, – dedi. Danışığımız belə oldu. Biz istəyirik kino mütəxəssisi gəlib ifadə versin. Biz qanunun aliliyinə inanırıq. Şura telekanalın və radionun lisenziyasını ləğv edib. Bizim şirkət üçün tikdiyimiz bina xarabalığa çevrilib. Əgər Teleradio Şurası bundan həzz alırsa, “donuzdan bir tük çəkmək də qənimətdir” prinsipi ilə bizdən 160 mini almaq istəyirsə, bu başqa məsələ. Mən bu məsələdə çəkişmək istəmirəm”.

Mirşahin Ağayev
Mirşahin Ağayev.

Daha sonra iclasda ANS-in nümayəndəsi Sevda Məhərrəmova çıxış edib. O, kino mütəxəssisinin çağırılıb dindirilməsini istəyib. 

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə isə vəsatətin təmin edilməməsini istəyib. 

Məhkəmə  vəsatəti təmin etməyib. 

Buna görə, ANS-in nümayəndəsi hakim tərkibinə etiraz verib. Həmin məsələyə Bakı Apelyasiya Məhkəməsinin sədri baxacaq. Buna görə iclas aprelin 13-nə təxirə salınıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Abşeron” serialının çəkilişi üçün ANS-ə verilmiş 160 min manatın geri qaytarılması haqda qərar çıxarıb. ANS həmin qərardan apelyasiya şikayəti verib.

Teleradio Şurası müqavilə  öhdəliyinə əməl olunmadığını, “Abşeron” əvəzinə “Sevgi naminə” adlı başqa bir serial təhvil verildiyini iddia edir.

24saat.org

Mənbə – www.meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.