2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlərYAP-a Yox Deyək

ANSpress Mədət Quliyevə “ilişdi”

Ölkənin aparıcı informasiya saytlarından olan ANSpress.com saytı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin tutduğu vəzifəni təhrif edib.

24saat.org saytı xəbər verir ki, 25 İyun 2016-cı il tarixində anspress.com saytında DTX rəisi Mədət Quliyev MTN rəhbəri kimi təqdim olunub.

Məlumat üçün bildirək ki, artıq bir neçə aydır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərlərinin cinayət əməllərinə görə bu qurum ictimaiyyət arasında mənfi reputasiya qazanıb. Daha sonra məsələyə müdaxilə edən ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə MTN ləğv olunaraq əvəzinə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun ardınca Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi təyin edib.

Maraqlı burasındadır ki, yüksək peşəkarlığı ilə daim seçilən ANSpress.com saytı ictimaiyyətin diqqətini daha çox cəld edən, o cümlədən düşmən ermənistanın da önəm verdiyi “Mədət Quliyev aprel döyüşlərindən danışdı” başlıqlı yazıda Mədət Quliyevi MTN rəhbəri kimi təqdim edib.

24saat.org saytı olaraq bunun texniki səhv olduğuna inanmaq istəsək də, hər halda yüksək peşəkarlığı ilə daim öyünən dəqiq, qərəzsiz və vicdanlı media orqanının bu qədər qəddar yanlışlıq etməsinin qorxulu tendensiyalara yol aça biləcəyini də istisna etmirik.

Hesab edirik ki, media nəhəngi yaxın dəqiqələrdə məsələ ilə bağlı lazımi müdaxiləni edəcək.

24saat.org

ans (2)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button