Bizim tərcümə

Antakyadan gələn bu meydan dünyanı şoka saldı… Bütün ailə “möcüzə” gözləyir!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-12 10:31:06

class=”medianet-inline-adv”>

Dünyanın gözü, qulağı 7 gündür zəlzələ bölgəsindən xəbərlərdə…

Saytların yığılması Saytlarin yigilmasi

Zəlzələdən sonra müharibə aparan Ukraynadan tutmuş, münasibətlərin gərgin olduğu Yunanıstana qədər dünyanın hər yerindən Türkiyəyə dəstək və yardım gəldi.

Dünya Türkiyə üçün az qala səfərbər olub. Mütəxəssis qruplar dağıntılar altında qalanları xilas etmək üçün zamana qarşı mübarizə apararkən bölgədən möcüzəli xəbərlər gəlməyə davam edir.

Oxşar möcüzəni gözləyən ailə AP fotomüxbirinin obyektivinə tuş gəlib.

Beynəlxalq xəbər agentliyi Antakyada çəkdiyi bu kadra görə abunəçilərinə aşağıdakı məlumatları verib;

‘Antakyada bir ailə dağıntılar altından qohumlarının çıxarılmasını gözləyərkən çökmüş binanın yanında oturur.’

Antakyada xilasetmə qrupu dağıntılar altından gələn səsi dinləyir… (Foto: AP)class=”medianet-inline-adv”>

Bu kadr qısa müddətdə dünyanın müxtəlif yerlərində bir çox xəbər platformaları tərəfindən istifadə edilmişdir.

Digər tərəfdən, Kahramanmaraş’a gedən Birləşmiş Millətlər Təşkilatının Təcili Yardım Koordinatoru Martin Griffiths, “Bu, həyatımda gördüyüm ən pis təbii fəlakət və eyni zamanda ən böyük beynəlxalq yardım kampaniyasıdır” dedi.

Zəlzələdən sonra tamamilə dağılmış küçədə çıxış edən Qriffits xilasetmə işlərinin nə vaxt bitəcəyinə qərar vermək lazım olduğunu bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button