Xəbərlər

Antalyada yanğın: ölən və xəsarət alanlar var

Loading...

Qonşu şəhərlərdə – Adana və Mersində 16 kəndin evakuasiya edildiyi bildirilir

Türkiyənin Antalya şəhəri və ətraf bölgələrindəki yanğınlarda ölən və xəsarət alanlar var.

Reuters” yazır ki, yanğında 1 nəfərin öldüyü təsdiqlənib, 10 nəfər isə ətrafdan təcrid olunmuş duruma düşüb.

Çox sayda ev və tikili yanıb. İnsanlara çoxsaylı ziyan dəyib.

Yanğın iyulun 28-dən başlayıb və 10 hektarlarla meşə sahəsinə yayılıb.

Güclü külək yanğını yaxınlıqdakı istirahət şəhəri olan Manavqatın məhəllələrinə çatdırıb.

Antalya meriyasının açıqlamasına görə, yanğın eyni zamanda şəhərin 4 məhəlləsindən başlayıb. İndi isə şəhərin mərkəzi hissəsinə yaxınlaşıb. Şəhərdə itki və xəsarət alanlar barədə məlumat verilməsə də, xeyli ev və ofisin yandığı bildirilir.

Antaliyanın 75 kilometrliyində yerləşən Manavqat şəhəri, bunda əlavə 18 kənd və rayondan əhali çıxarılıb. Qonşu şəhərlərdən – Adana və Mersin əyalətlərində də azı 16 kəndin evakuasiya edildiyi bildirilir.

Antalya yaxınlığındakı bir kəndin isə tamamilə yandığı deyilir.

Türkiyənin Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli yanğınla mübarizəyə 400-dən çox canlı qüvvə,19 helikopter və təyyarələrin cəlb edildiyini söyləyib. Deyib ki, qonşu əyalətlərdən də yardım istənib.

Yanğınsöndürənlər Antalya-Alanya yolunun üstündəki yanacaqdoldurma məntəqəsini alovdan qoruya biliblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, yanğını mümkün qədər tez söndürməyə çalışacaqlar və hökumət ziyan dəymiş hər kəsə kompensasiya ödəyəcək.

Region rəhbərliyi indiyədək belə böyük yanğınla üzləşmədiklərini deyir.

Hələlik, çimərliklərə birbaşa təhlükə olmadığı bildirilir, amma ətraf tüstü içindədir.

Yanğınların hansı səbəbdən baş verdiyi tam bilinmir. İlkin ehtimal istilər və küləklə əlaqəli olduğu yönündədir.


24 saat” “Antalyada yanğın: ölən və xəsarət alanlar var” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button