2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Antikorrupsiya aksiyasında müxalifət fəalı Navalnı saxlanıb

Müxalifət fəalı Aleksey Navalnı Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.

Rusiyada korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir.

Martın 26-da müxalifət fəalı Aleksey Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.

Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.

Pskov şəhəri, 26 mart 2017

Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.

Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnının bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir. (azadliq.org)

 

24saat.org

MƏNBƏ

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button