2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Antiterror Mərkəzinin rəisi məhkəmə qarşısına çıxarılır

Elçin Quliyevin və digərlərinin məhkəməsi başlayacaq

Saytların yığılması Saytlarin yigilmasi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin həbsdə olan rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Meydan TV-nin məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası aprelin 27-də Sabunçu rayon Məhkəməsində keçiriləcək.

İşə Bakı Hərbi Məhkəməsində deyil, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılmasının səbəbi isə orada daha geniş və yaxşı şəraitli iclas zalının olması ilə əlaqələndirilir.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.

Daha sonra MTN-in barəsində aparılan istintaq zamanı tutduğu vəzifədən azad edilərək, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda Bakı Hərbi Məhkəməsində MTN işi üzrə bir neçə cinayət işinə baxılır.

MTN naziri Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Bundan sonra orada çalışan vəzifəli şəxslərin bir neçəsi barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə nazirlik ləğv edilib və əvəzində Dövlət Təhlükəsizlik Xidməti yaradılıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button