2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Anton Nosik: Azərbaycanı arzuolunmaz dövlət elan edirəm

XİN daha bir blogeri “arzuolunmaz şəxslər” siyahısına salıb

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Xarici İşlər Nazirliyi rusiyalı bloger, İsrail vətəndaşı Anton Nosikin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

“Turan”-ın məlumatına görə, bu barədə bloger öz səhifəsində yazıb. O, bu yaxınlarda Dağlıq Qarabağda səfərdə olub.

A.Nosik Azərbaycan əleyhinə bəyanatla çıxış edib.

O, martın sonlarında Qarabağa blogerlərin forumuna gedərkən bildirib ki, bunu qəsdən, həbsdə olan dostu, israilli Aleksandr Lapşini həbs etmiş Bakının acığına edir.

“Onu da Lapşinin aqibətinin gözləyəcəyindən ehtiyat etmirmi” sualının cavabında A.Nosik deyib: “Acıqlandırmaq mənim prinsipial mövqeyimdir”.

A.Nosik “Live Journal”-dakı səhifəsində yazıb: “Azərbaycan məni arzuolunmaz şəxs elan edib. Mən də Azərbaycanı arzuolunmaz dövlət elan edirəm”. 

Rusiya və İsrail vətəndaşı olan A.Lapşin Azərbaycanın işğal olunmış ərazilərinə icazəsiz səfər etdiyinə və bu barədə öz bloqunda yazdığına görə saxlanılıb. O, rəsmi Bakının istəyi ilə Belarusun paytaxtı Minskdə həbs olunaraq Azərbaycana təhvil verilib. Hazırda həbsdə olan bloger Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button