2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Antoni Blinken Pakistanın Xarici işlər naziri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Pakistan ABŞ-a bildirib ki, Əfqanıstanın Taliban hökumətinin öhdəliklərini yerinə yetirməli olması ilə yanaşı, dünya dövlətlərinin müharibənin viran qoyduğu Əfqanıstan xalqına humanitar və iqtisadi böhranla mübarizədə yardım etmək kimi “mənəvi öhdəliyi” var.

İslamabaddan verilən rəsmi məlumata görə, Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureşi bu mesajı cümə axşamı ABŞ Dövlət katibi Antoni Blinkenlə Əfqanıstanda irəliləyiş yolunu müzakirə edərkən çatdırıb. Müzakirələr Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutub.

Qureshi “dünya ölkələrinin Əfqanıstanla əlaqələri kəsmək səhvini bir daha təkrarlamayacaqlarına ümid etdiyini” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Dövlət Departamenti Qureşi ilə danışıqlar zamanı Blinkenin “diplomatik münasibətləri əlaqələndirməyin və Əfqanıstanı tərk etmək istəyənlərin çıxarılmasını asanlaşdırmağın vacibliyini” vurğuladığını bildirib.

Taliban Prezident Co Baydenin Amerikanın ən uzun müharibəsini 20 ildən çox uzatmağın mənasının olmadığı qərarına gəlməsinə uyğun olaraq Vaşinqton və Qərb müttəfiqlərinin qoşunlarını geri çəkməsindən sonra avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdi.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi

İslamçı hərəkatın yenidən hakimiyyətə qayıtması Bayden administrasiyasının Kabilin ABŞ ehtyatlarında saxlanılan milyardlarla dolları təcili dondurması ilə nəticələndi. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Talibanın hakimiyyəti altındakı Əfqanıstanda insan haqlarının taleyi ilə əlaqədar narahatlıqlar fonunda ölkənin əhəmiyyətli maliyyə mənbələrinə çıxışını dayandırıb.

Blinken cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında Rusiya və Çindən olan həmkarları da daxil olmaqla, çoxtərəfli və ikitərəfli görüşlərində Əfqanıstan məsələsinin diqqət mərkəzində olduğunu deyib. O, Talibanın legitimlik və hakimiyyətinə beynəlxalq dəstək axtarışını davam etdirdiyini və dünyanın Taliban tərəfindən idarə olunan Əfqanıstanla necə davranılacağı mövzusunda həmrəy olduğunu bildirib.

“Düşünürəm ki, çox güclü bir yanaşma və məqsəd birliyi var. Taliban legitim olmaq və beynəlxalq ictimaiyyətdən dəstək istədiyini deyir; Talibanın beynəlxalq ictimaiyyətlə əlaqələri gördüyü tədbirlərdən asılı olacaq. Bizim görmək istədiyimiz budur” – deyə, Blinken bildirib.

O, ABŞ-ın Talibandan prioritet gözləntilərini bur daha vurğulayıb. Buna əfqanların və xarici vətəndaşların ölkəni tərk etməsinə icazə vermək, xüsusilə də qadınlar, qızlar və azlıqlar olmaqla, insan haqlarına hörmət etmək, terror qruplarına başqa ölkələri təhdid etmək üçün Əfqanıstandan istifadə etmələrinə icazə verməmək və əfqan xalqının istəklərini əks etdirən “həqiqi inklüziv hökumət” formalaşdırmaq daxildir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button