2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Antonio Quterreş: “Gender bərabərliyinə tam nail olmaq üçün 300 il lazımdır”

Yayımlandı: 7 Mart 2023 14:28

“Hər 10 dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisi tərəfindən öldürülür”

“Dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün önündə yox olur. Son proqnozlar deyir ki, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqaləsində belə deyilir.

Onun sözlərinə görə, Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir-birinin üstünə gələn böhranlar ilk növbədə və ən çox qadın və qızlara təsir edir:

“Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır və inkar edilir”.

Antonio Quterreş deyir ki, əsas iki statistik məlumat bu sahədəki uğursuzluğu açıq şəkildə göstərir:
– Hər on dəqiqədə bir qadın və ya qız ailə üzvü və ya sevgilisinin əlindən ölür.
– Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür.

Baş katib əlavə edir ki, üstəlik, bu ölümlərin əksəriyyətinin qarşısı almaq mümkündür:

Beynəlxalq Qadınlar Günündə daha çox səy göstərmək öhdəliyini üzərimizə götürməliyik. Bu dəhşətli tendensiyaları geri çevirməliyik və hər yerdə qadın və qızların həyat və hüquqlarını müdafiə etməliyik. Bu, mənim əsas prioritetlərimdən biridir və bütün dünyada Birləşmiş MillətlərTəşkilatının fəaliyyətinin mərkəzi istiqamətlərindəndir”.

Quterreşin sözlərinə görə, Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirlər. Sülh proseslərində onların səslərinin eşidilməsini təmin etməyə çalışırlar:

Baş katibin müavini Əminə Məhəmməd bu yaxınlarda Əfqanıstana səfər edib və bizim mesajımızı yerli rəsmilərə çatdırıb: qadın və qızlar əsas insan hüquqlarına malikdir və biz onlar üçün mübarizəni heç vaxt dayandırmayacayıq”.

Məqalədə qeyd edilir ki, bu il Beynəlxalq Qadınlar Günü elm, texnologiya və innovasiya sahələrində gender boşluğunun aradan qaldırılmasına həsr olunub.

Qlobal miqyasda kişilərin internetdə olma ehtimalı qadınlara nisbətən 21 faiz, aşağı gəlirli ölkələrdə isə 50 faiz daha çoxdur. Hətta ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur.

Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir:

Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi və biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə qadınlar görməzdən gəlinir. Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı və qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq”.

Qüterreş onu da qeyd edir ki, dünyanın “Silikon vadiləri” qadın hüquqları üçün “Ölüm vadiləri”nə çevrilməməlidir. Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə, verilən tibbi qərarlar qadınlara nəinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər.

Onun sözlərinə görə, elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin və zərərli stereotiplərin nəticəsidir:

1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda “Nobel” mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə  isə qadınlar, o cümlədən elm adamları və jurnalistlər, tez-tez cinsiyyətçi nifrət nitqinə və onları susdurmaq və utandırmaq üçün təhqirlərə məruz qalırlar. Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır. Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var. Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq”.

Antonio Qüterreşə görə, bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa, kvotalar vasitəsilə, qadınların elm və texnologiyada iştirakını və liderlik imkanları genişləndirməlidirlər. Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı, bu səyləri davamlı şəkildə göstərməlidirlər.

Baş katib qeyd edir ki, gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır.

Onun sözlərinə görə, bu yanaşma Birləşmiş Millətlər Təşkilatında artıq öz nəticələrini verir:

Qeyd edim ki, bizim əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyamız var. Qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə bu şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var”.

Məqalədə bildirilir ki, BMT ifadə azadlığını qorumaq şərti ilə rəqəmsal platformalarda zərərin azaldılması və məsuliyyətin artırılmasına yönəlmiş davranış qaydalarını hazırlamaq üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və digərləri ilə işləyir:

Qadın hüquqları, iqlim böhranını həll etmək, yoxsulluğu aradan qaldırmaq və daha yaxşı bir dünya yaratmağımızı gözləyə biləcək bir dəbdəbə deyil. Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-ci il Gündəliyinə nail olmaq üçün qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli və firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button