2023-01-17 00:00:15
Mətbuatın Qatargate adlandırdığı Avropa Parlamentində (AP) korrupsiya və çirkli pulların yuyulması qalmaqalı ilə bağlı daha iki deputat diqqət mərkəzinə düşüb. Fransanın Strasburq şəhərində AP-nin ilin ilk Baş Assambleyasının açılış nitqi ilə çıxış edən AP sədri Roberto Metsola Belçika hakimiyyətinin Qatarqeyt qalmaqalı ilə bağlı italiyalı deputat Andrea Cozzolino və belçikalı deputat Mark Tarabellanın toxunulmazlıqlarının ləğvini tələb etdiyini açıqlayıb. sözügedən proses başlamışdı. Metsola öz çıxışında “daha çox şəffaflıq” və “məsuliyyət” təmin edəcəyinə söz verdi.
Təxminən bir ay çəkəcəyi gözlənilən proses çərçivəsində AP-nin Hüquq Məsələləri Komitəsi müraciətləri nəzərdən keçirəcək və gələn ay keçiriləcək iclasda səsverməyə çıxaracaq. Toxunulmazlığın qaldırılmasının fevralın 13-də başa çatdırılması gözlənilir.
Tarabella və Cozzolino vəkilləri vasitəsilə günahsız olduqlarını və toxunulmazlıqdan imtina etdiklərini bildirərək, Belçika rəsmilərinin suallarını cavablandırmağa hazır olduqlarını bildiriblər.
Təhqiqata yaxın mənbə Demokratlar Qrupunun (S&D) köməkçisi Françesko Giorginin rüşvət aldığını etiraf etdiyini və Tarabellanın Qətərdən pul almasından şübhələndiyini bildirib.
QATARQEYT
Belçikada dekabrın 9-da paytaxt Brüsseldə korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalarda 16 ayrı əməliyyat həyata keçirilib və Qətərin AP-nin qərarlarına təsir etmək üçün strateji mövqelərdəki insanlara rüşvət verdiyi iddia edilib. AP-nin 14 sədr müavinindən biri Eva Kaili, keçmiş yunan deputatı, İtaliyanın Articolo Uno Partiyasının üzvü Pier-Antonio Panzeri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BTİK) baş katibi Luka Visentini və köməkçisi Françesko Giorgi Sosialistlər və Demokratlar Qrupu (S&D) korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Polisin keçirdiyi reydlər zamanı 1,5 milyon avro ələ keçirilib. 8 ildir AP üzvü olan Kaili AP prezidenti Metsola tərəfindən vəzifəsindən azad edilib. Kaili həmçinin Yunanıstanın AP-dəki Sosialistlər və Demokratlar Qrupundan uzaqlaşdırıldığı halda, sol mərkəzçi Panhellenik Sosialist Hərəkat (PASOK) Partiyasından da xaric edilib. Yunanıstan hakimiyyəti Kailinin, həyat yoldaşının və yaxın ailə üzvlərinin aktivlərini dondurub.
Digər tərəfdən, ötən ilin dekabrında Belçikanın dövlət təhlükəsizlik qurumu VSSE-nin digər Avropa İttifaqı (Aİ) ölkələrinin köməyi ilə bir ildən artıqdır ki, korrupsiya iddiaları ilə bağlı araşdırmalar apardığı üzə çıxıb.
Tərcümə“24 SAAT”