24saat.org APA Holdinqin əmlakı siyahıya alınır - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
APA Holdinqin əmlakı siyahıya alınır

APA Holdinqin əməkdaşı Ramiz Mikayıloğlu səhər saatlarında hüquq-mühafizə orqanlarına aparılması barədə məlumat yayılsa da təsdiqini tapmayıb.

24saat.org-a daxil olan məlumatda bildirilridi ki, prezident İlham Əliyevin çıxışını yazarkən təhrifə yol vermiş və bununla da holdinqin fəaliyyətinin dayandırılmasına səbəb olmuş müxbir Ramiz Mikayıloğlu səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqlla Mübarizə İdarəsinə aparılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.

24saat.org saytına daxil olan digər məlumada isə bildirilir ki, APA Holdinqin ofisində əmlakı siyahıya alınır. Avqusutn 1-i axşam saatlarından etibarən fəaliyyətini dayandırmış holdinqin əmlakı hazırda inventarizasiya üzrə siyahıya alınır. Holdinqin bundan sonrakı taleyi ilə bağlı isə əməkdaşlara heç bir məlumat verilməyib. İşçilərə bildiriblər ki, evə gedib gözləsinlər və lazım olarsa, onlar işə çağırılacaqlar.

Qeyd edək ki, APA holdinqə daxil saytlar dünəndən etibarən fəaliyyətini dayandırıb. Ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması “APA Holding”in bağlanması ilə nəticələnib.

Sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir”(apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, bir qədər sonra holdinqə daxil olab bütün saytlara giriş dayanıb.

Məsələ ilə bağlı APA holdinq rəhbəriyi və Mətbuat Şurasından heç bir rəsmi açıqlama verilməyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.