24saat.org APA TV canlı efirini dayandırır: əməkdaşları ixtisar edilir - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
APA TV canlı efirini dayandırır: əməkdaşları ixtisar edilir

Azərbaycanın böyük media holdinglərindən sayılan “APA Holding”də yaxın günlərdə yenidən ixtisarlar gözlənilir.

24saat.org-un əldə etdiyi məlumata görə, holdinqə daxil olan “APA TV” internet televiziyası bu günlərdə son efir vaxtını istifadə edəcək. Belə ki, Bakı Gömrük İdarəsində baş verən son islahatlardan sonra bəzi media şirkətləri maliyyə problemi ilə üz-üzə qalıb. Sözügedən holdinq Dövlət Gömrük Komitəsindən aylıq dotasiyanı ala bilmədiyindən işçiləri ixtisar etmək məcburiyyətində qalıb. Amma, vəziyyət düzəlməyib, holdinq fəaliyyətini normallaşdıra bilməyib.

Ötən gün isə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı daha kəskin qərar qəbul edərək “APA TV”nin canlı efir fəaliyyətini dayandırmağı əmr edib. TV əməkdaşlarından əldə etdiyimiz məlumatda deyilir ki, holdinqin kulislərində hazırda texniki işçilərin işdən çıxarılması danışılır: “Vüsalə xanım deyib ki, mənə verliş, canlı efir falan lazım deyil. Fəaliyyimizi sırf xəbər üstündə quracağıq. Belə olan halda televiziyada yayımlanan verlişlər bağlanılır. Bu layihələrdə çalışan işçilər ixtisar olunur. İyunun 30-u son efir vaxtıdır. Hardasa 10-dan çox əməkdaşımız işsiz qalacaq. Artıq bəzilərinə özlərinə iş tapmaqla bağlı xəbər veriblər. Bir-iki nəfərə yeni açılan “Real TV”dən iş təklifi gəlib”.

Məlumat üçün bildirək ki, hazırda “APA TV”də “Ana xəbər”, “Tumasla 40 dəqiqə”, “Sözün kodu”, “Panoram”, “Sosium”, “Öncə sağlıq”, “Yaşıl Orta”, “Showtime”, “Həyat Dramı”, “2+2” adlı 10 verliş yayımlanır. “APA TV” 31 oktyabr 2012-ci ildə qeydiyyatdan keçib. “APA Servis” MMC-nin tərkibində fəaliyyət göstərən televiziya, Baş Direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verlişlər təqdim olunur. Televiziyanın baş direktoru Vüqar Hüseynovdur.

 

Vüsal

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.